Azərbaycan BMT-də Ukraynanın lehinə səs verdi

Azərbaycan BMT-nin sessiyasında Ukraynanın lehinə səs verib.

“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət haqqında” məsələ BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəminə daxil edilib.

Kanal32.az xəbər verir ki,kçirilən səsvermədə 71 ölkə lehinə, 12-si əleyhinə səs verib, 45-i bitərəf qalıb.

☑ Azərbaycan da Ukraynanı dəstəkləyib və lehinə səs verib.

Postsovet ölkələrindən yalnız Ermənistan, Belarus və Qazaxıstan Rusiyanın yanında yer alıb.

Qeyd edim ki, 2014-cü ildə BMT-nin Baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb. Qətnamənin əleyhinə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venüsuela və Zimbave səs veriblər. Azərbaycan isə lehinə səs verən ölkələr arasındadır. Keçmiş Sovet respublikalarından Qazaxıstan və Özbəkistan isə bitərəf qalıb. Qırğızıstan, Tacikistan və Tükmənistan isə səs verməyiblər.