TİBB DÜNYASINDA İNQİLAB! AMANSIZ XƏSTƏLİYƏ HƏLLEDİCİ HƏMLƏ…
BionTech tərəfindən üzərində çalışılan mRNA xərçəng müalicəsi heyvanlar üzərində təcrübələrdə inqilabi nəticə verdi – 40 gün ərzində şişlər yox edildi. Türk əslli alman alimlər Dr. Özlem Türeci və Prof. Uğur Şahin indi insanlar üzərində sınaqlara keçirlər.
Covid üçün mRNA əsaslı bir peyvənd istehsal edən Amerikanın Moderna şirkəti isə eyni texnologiyadan istifadə edərək AIDS peyvəndi üzərində insan sınaqlarına başlayır…
İzləyicilərim xatırlayacaqlar – 2 ilə yaxındır ki, yaxın bir-iki il ərzində tibbdə inqilabi kəşflərin olunacağı haqda postlar paylaşırdım. Hətta xərçənglə mübarizədə Dr. Özlem Türecinin Dünyayı lərzəyə gətirəcək çalışmalarının müjdəsini vermişdim.
Budur, Bəşəriyyət tarixi kəşfin astanasındadır. Yaxın zamanda Elm Dünyası insanlıq tarixində yeni bir səhifə açacaq, həyatın, varoluşun fəlsəfəsinə yeni məna və anlamlar qatacaqdır.
Bu inqilabı edən də bir Türk qadınıdır!
Devizimi təkrar-təkrar paylaşmaqdan həzz alıram:
Gələcək Elmlə gələcək!
Gələcək çox tez gələcək!
İbrahim Nəbioğlu