“Sözün sehri” adlı poeziya müsabiqəsi layihəsinə start verilib-FOTO

Mədəniyyət Nazirliyi, Ağdaş Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ELTV-nin yeni layihəsinə start verilib.

Kanal32.az “AzərTac” a istinadən xəbər verir ki, “ARB Günəş” televiziyasında yayımlanacaq “Sözün sehri” poeziya müsabiqəsi Nizami Gəncəvinin 880 illiyi münasibətilə həyata keçirilən ilk geniş formatlı televiziya layihəsidir. İki ay müddətində davam edəcək layihədə karantin qaydalarına ciddi şəkildə əməl olunacaq.

Ölkədə keçirilən tədbirlər, onlayn formatda təşkil olunan beynəlxalq konfranslardan fərqli olaraq bu layihə regional format daşısa da, geniş auditoriyanı əhatə edəcək. “Sözün sehri” poeziya yarışması “ARB Günəş” televiziyası vasitəsilə peyk yayımında və kabel şəbəkəsində geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Bununla yanaşı, ELTV-nin regional yerüstü, həmçinin internet yayımı vasitəsi ilə “Sözün sehri” poeziya yarışmasını izləmək olacaq.

İşlərin icrasına iyul ayından başlanılsa da efir yayımı sentyabrın ortalarında nəzərdə tutulur.