İranın Azərbaycanın “dostu” olmasını təsdiq edən RƏSMİ FAKT

İran hökümətinin bizə dost olmadığının isbatı üçün fakt tələb edənlər üçün:
2008-ci il 14 mart tarixində BMT Baş Assambleyasında səs çoxluğu ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” haqqında 62/243 saylı qətnamə qəbul edilmişdi. Bu qətnaməyə görə Ermənistanın hərbi qüvvələri işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməli idi. BMT üzvü olan 192 dövlətdən 39-u (Azərbaycan da daxil olmaqla) bu qətnamənin lehinə, 7-si əleyhinə səs vermiş, 100 ölkə isə bitərəf qalmışdır. 46 ölkə səsvermədə iştirak etməmişdir.
Əleyhimizə səs verənlər: Rusiya, Ermənistan, ABŞ, Fransa, Hindistan, Anqola və Vanuatu.
Lehimizə səs verən 38 ölkədən 30-u İslam Əməktaşlıq Təşkilatının üzvləri olmuşdur (o cümlədən Özbəkistan). Postsovet ölkələrindən Ukrayna, Moldova, Gürcüstan və Özbəkistan bizə səs verib. Lehimizə səs vermiş digər ölkələr: Serbiya, Kolumbiya, Myanma, Kamboca, Tuvalu.
İran səsvermədə iştirak etməyib və bir daha erməni dostu olduğunu nümayiş etdirib.
Belarus, Qırğızıstan, Tacikistan Türkmənistan da səsvermədə iştirak etməyiblər, Qazaxıstan isə iştirak edib və bitərəf qalıb. Bir sözlə Rusiyanın vassalları olan bu ölkələr Putinin qəzəbinə gəlməkdən çəkinərək bizə səs verməyiblər.


Xəritədə ölkələr üzrə səsvermə:
Lehinə – yaşıl, Bitərəf – açıq boz, Əleyhinə – qəhveyi, İştirak etməyən – açıq bənövşəyi.

Çingiz Baxış