Misirdəki gənc soydaşımız mükafatlandırılıb

Misirdə yaşayan gənc soydaşımız Səbinə Səmədova (Sabina Aydin Hidayat Sultan) Qahirə Şəhərinin Təhsil Nazirliyinin İstedadlılar şöbəsinin rəisi Doktor Ezz El Regal tərəfindən gənc nəslin şəxsiyyətini düzgün qurmaq yolunda fəaliyyətinə görə “Ən istedadlı müəllim” adına layiq görülüb.
O, eyni zamanda Misirin Qahirə Şəhərinin El Nozha Rayonunun Təhsil İdarəsinin rəisi Doktor Yahya Husein tərəfindən isə
Misirin təhsilində yeni ideyaların sahibi olduğu də üçün “Ən fəal müəllim” mükafatına layiq görülüb.
Xatırladaq ki, Səbinə xanım hazırda ailəsi ilə Qahirə şəhərində yaşayır.
Misirin ən nüfuzlu “Futures Education System” təhsil şirkətinin “Gənc Nəslin Şəhsiyyətinin Quruluşu” şöbəsinin koordinatorudur. Həmçinin müəllim və dilçilik üzrə baş mütəxəssis vəzifəsində işləyir. Eləcə də Azərbaycan Diaspor Gənclərinin Misir üzrə koordinatorudur.