Azərbaycanda insan hüquqları və vətəndaş fəallığının qavranılması-VİDEO

Harvard Universitetinin təqaüdçüsü, tədqiqatçı Zülfiyyə Əbdürəhimova-Karberri ilə Azərbaycanda qapalı siyasi mühit və müharibə konteksində əhalinin insan haqlarını və vətəndaş iştirakını necə anladığını öyrənmək məqsədilə keçirilən sorğunun nəticələri haqqında söhbət etmişik.

Sorğunun maraqlı nəticələrindən biri müharibə sonrası iştirakçılar arasında ölkənin gələcəyi haqqında nikbin baxışlardır. Ölkənin düzgün və ya yanlış istiqamətə getdiyini soruşduqda iştirakçıların 79%-i düzgün istiqamət, yalnız 21%-i yanlış istiqamət cavabını seçib.

“Hansı qrupların insan haqları ən çox pozulur” sualına cavablarda, ən yüksək faizli qruplar qadınlar (19%), gənclər (15%) və LGBT (11%) olub. Ən çox insan haqları pozuntusuna məruz qalan qrup olaraq qadınları seçən iştirakçıların 65% qadınlardır. Bu nəticə ailədaxili zorakılığın ciddi bir problem kimi mövcudluğunu təsdiq edir.

Tədqiqatçı deyir ki, sorğunun nəticələrinə əsasən, vətəndaş cəmiyyəti sahəsində aktiv olan fərdlər/təşkilatlar üçün gələcəkdə cəmiyyətin hansı sahələrinə diqqət yetirmələrini təklif etmək mümkündür. Bu təkliflər 3 istiqamətdədir:

1. Hüquq-mühafizə orqanları ilə qarşlaşdıqda nə etməli olduğumuz barədə hüquqlarımız,
2. Şübhəli şəxs qismində saxlanılanlara, etirazçılara və terrorçulara qarşı polis tərəfindən zorakılıq/güc tətbiq edilməsini dəstəklənməsi problemi,
3. Məişət zorakılığı kontekstində qadın hüquqları.

/akinchi.org/