İcra başçısı vəzifəsindən azad edildi

248

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Kanal32.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ənvər Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.