Şuşanı içməli su ilə bu şirkət təmin edəcək

“Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Kanal32.az xəbər verir ki, qalib şirkət “Protean Construction” ASC-dir.

“Azərsu” qalib şirkət ilə məbləği 8 milyon 631 min 265 manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, 160 min 672 manat nizamanmə kapital olan “Protean Construction” ASC-nin qanuni təmsilçisi Məhəmməd Təhməzovdur.