Ağdaşda Nizami Gəncəvinin abidəsində bərpa işləri aparılıb-FOTO

Ağdaş rayonunda Nizami Gəncəvinin abidəsi ətrafında abadlıq və bərpa işləri aparılıb.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunub.

Kanal32.az-ın məlumatına görə,bu sərəncamın tələblərindən irəli gələrək Ağdaş Regional Mədəniyyət İdarəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif səpkili silsilə tədbirlər həyata keçirilir.

Eyni zamanda “Nizami ili” çərçivəsində keçirilmiş mədəni-kütləvi tədbirlərlə yanaşı, Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Nizami Gəncəvinin abidəsində və ətrfında təmizlik, bərpa və yenidənqurma işləri aparılıb. Belə ki, abidədə və postamentində əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunaraq yenidən rənglənib, abidənin ətrafında abadlıq işləri həyata keçirilib.

Kanal32.az