Mingəçevirdə bu ailələrə tibbi ləvazimatlar paylanıb-FOTOLAR

“Ailələrə Sosial Dayaq “ İctimai Birliyi tərəfindən pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların olduğu 36 ailəyə yardımlar paylanılır.

Kanal32.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının   maliyyə yardımı ilə “Ailələrə Sosial Dayaq “ictimai birliyinin həyata keçirdiyi “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların (SİMU)ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi ” adlı layihə davam edir.

Layihə rəhbəri Leyla Əmiraslanovanın  verdiyi məlumata görə, 21 sentyabr 2020-ci il tarixdə Mingəçevir şəhər 7 saylı ərazi poçtu (Aydın Məmmədov, 61, Mingəçevir, AZ4507) vasitəsilə daha 6 ailəyə tibbi ləvazimatlardan ibarət qutular göndərilib. Layihənin icrasında  könüllülər də iştirak edib.

Qeyd edək ki,layihə çərçivəsində 36 ailəyə 50 azn dəyərində kuponlar və 30 ailəyə tibbi ləvazimatlarla yardım göstərilməsi nəzərdə tutulub.

Kanal32.az