Ağdaşda qadına qarşı şiddətin istintaqına kimlər mane olur?

Ağdaş rayonunda Bayram günü qaynana və qayın gəlinə qarşı zorakılıq ediblər,ona ağır bədən xəsarətləri yetiriblər.

İnsanlıqdan uzaq, dinimzə yad, dəyərlərimizə zidd qadın döyülmələri davam edir. Sanki evə gətirilən gəlin kölə və quldur. Bu kimi gerizəkalı insanları tam məsuliyyəti ilə hüquq-mühafizə orqanlarının istintaqına cəlb etmək lazımdır. Bu səviyyədə vəhşilik, tərbiyəsizlik olmaz!

20 iyul Qurban bayramı günü Ağdaş rayonunda qaynana və qayın Əzizov Alay eyni həyətdə yaşadıqları gəlinə qarşı rəqəmsal cihaz üstündə fiziki güc tətbiq edərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qayın Əzizov Alay gəlinə yumruq vuraraq yerə yıxıb, ardınca qadına çoxlu sayda təpik zərbələri endirib, sonra isə saçından tutaraq sürüyüb. Huşunu itirən,özündən gedən qadına yaxında olan insanların köməklik göstərilməsinə mane olmuş, üzünə su çiləmək istəyənlərə, qayın Əzizov Alay: “Su tökməyin, qoyun ölsün” deyib.Bu zaman qaynana daha uca səslə qışqırıb: “Gətirin dəhrəni, onun başını kəsəcəm”. Dəhşət! İbtidai insan zehniyyəti, vəhşilik sindromu…

Bu döyülmə faktıilə bağlı Ağdaş rayon Polis şöbəsində təhqiqat işinə başlanılıb. Zərərçəkmişin valideynləri hadisə ilə bağlı mətbuat vasitəsilə Ombudsman Aparatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhqiqatın gedişini nəzarətdə saxlayaraq hüquqi yardım göstərilməsini xahiş edir. Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edilir ki, polis şöbəsində aparılan təhqiqat işini şəxsi nəzarətə götürsün. Onlar əmin olmaq istəyir ki, Ağdaş rayon Poliş Şöbəsində təhqiqat işi ədalətli araşdırılacaq və hadisəni törətmiş şəxslər layiqli cəzalarını alacaqlar.

Redaksiya olaraq təhqiqatın gedişini nəzarətdə saxlayacayıq.

P.S. Əldə etdiyimiz məlumata görə,Ağdaş rayonunun bəzi vəzifəli şəxsləri təhqiqat işinə maneçilik törətmək istəyir.Əgər bu “müdaxilə” dayanmasa,kimliyindən asılı olmayaraq həmin vəzifəli şəxslərin adını açıqlayacayıq. İstintaq işinə müdaxilə yolverilməzdir və bu hal cinayəti etmiş şəxslərlə az qala eyni hüquqi məsuliyyət yaradır.

Qadına qarşı şiddətə seyrçi qalmayın! Hər zaman haqqın-ədalətin yanında olun!

Kanal32.az