Putinin əmisi oğlu Putinə qarşı

Moderator.az RİA Novostiyə istinadən xəbər verir ki, Prezident Vladimir Putinin əmisi oğlu, iş adamı Roman Putin Dövlət Dumasına namizəd göstərilməsi üçün sənədlər təqdim edib.

 

Bu barədə mətbuata köməkçisi Maksim Kamenev məlumat verib. Roman Putin keçən ilin sonlarında “Korrupsiyasız Rusiya” siyasi partiyasını qurub.

 

“Bəli, həqiqətən, Roman İgoreviç 12 iyulda Sankt-Peterburqun 214-cü bölgəsi üçün sənədlər təqdim edib” – Kamenev deyib. O, digər təfərrüatları sonra verəcəyinə söz verdi.

 

İnterfaks-a verdiyi müsahibədə Kamenev, Roman Putinin seçkiyə özünü irəli sürən namizəd kimi gedəcəyini söyləyib.

 

Keçən ilin dekabrında Roman Putin “Korrupsiyasız Rusiya” siyasi partiyasını qurub. Partiyanın təsis qurultayı 15 dekabrda baş tutub. Qurultayda 53 bölgədən 106 nümayəndə iştirak edib və Putin gizli səsvermə ilə sədr seçilib.