Eldar Həsənovun cərrahiyyə əməliyyatı necə həyata keçiriləcəkmi?

Eldar Həsənovun səhhətini nəzərə alaraq, onun müayinə və müalicəsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülməsini alqışlayır və buna görə DTX-ya təşəkkürümü bildirirəm.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq səfir Eldar Həsənovun dostu, sabiq millət vəkili Əlövsət Ağalarov deyib.
O bildirib ki, bu humanist addımın Avropa Məhkəməsinin təsiri ilə atıldığı haqda informasiyaların heç bir əsası yoxdur:
“Eldar Həsənov DTX-dakı saxlanma şəraitindən hər zaman razılıq edib və indi onun hospitala yerləşdirilməsi də birbaşa dövlətimizin humanist siyasətinin nəticəsidir. DTX-nın hospitalı yüksək tibbi avadanlıqla təmin edilən peşəkar kollektivdən ibarətdir və inanıram ki, Eldar Həsənovun cərrahiyyə əməliyyatı da burada yüksək səviyyədə həyata keçiriləcək. Əsas məsələ odur ki, onun səhhəti dövlətimizin, DTX-nın nəzarətindədir. İnanıram ki, E.Həsənovun xidmətləri nəzərə alınacaq və istintaq da onun günahsızlığını sübut edəcək.
Bir daha dövlətimizə və DTX-ya E.Həsənovun səhhətini nəzərə aldığına və onun xilası üçün bu addımı atdığına görə təşəkkür edirəm”.
Qeyd edək ki, sabiq səfir Eldar Həsənov ötən gün stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Qospitalına köçürülüb.