Vətən Müharibəsi Veteranları şəhidlərimizi unutmur-FOTOLAR

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) şəhidlərimizi unutmur.

AVMVİB-nin təşkilatçılığı ilə şəhid general-mayor Polad Həşimovun və Vətən uğrunda öz canlarını fəda etmiş digər şəhidlərimizin II Şəhidlər Xiyabanındakı məzarları ziyarət edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, hər bir şəhidlik məzarları bizim şanlı tariximizin oxunması vacib olan bir səhifəsidir. Azərbaycanın qəhrəman oğullarından biri — 14 iyulda Tovuz istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan, Azərbaycan ordusunun general-mayoru Polad Həşimovdur. Biz Tovuz döyüşlərini Vətən müharibəsinin «baş məşqi» adlandırırıq. Bu «baş məşqin» baş qəhrəmanı isə sevimli generalımız Polad Həşimovdur. Zamanlar keçsə də bu qəhrəmanlar unudulmayacaq. Vətən şəhid qanıyla, qazilərin varlığıyla var olur. Ona görə də 80 minlik veteran ordusu şəhidlərimizi heç zaman unutmur. Məkanları cənnət olsun!

Tədbrdə tanınmış, vətənpərvər şairə, AVMVİB-nin fəxri üzvü, AYB və AJB üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri» mükafatçısı, Əsilzadələr Məclisinin üzvü Nəsibə İsrafilqızı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Respublikanın xalq artisti Gülyanaq Məmmədova, Respublikanın əməkdar artisti Rahilə Bəndəliyeva, Az.tv əməkdaşı Mahir Qəribov, Qazaxstandan olan soydaşımız Sevinc Dəmirçiyeva, AVMVİB sədrinin müavinləri, rayon şöbələri, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.

Şəhid məzarlarına gül qoyulub və onların müqəddəs ruhlarına dualar oxuyublar.

Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz!

/fedai.az/