Haqqın.az-ın xəbərinə görə İsveç mediası sabiq nəqliyyat naziri Ziya Məmmədovun və onun müavini Arif Əsgərovun adlarının keçdiyi maliyə cinayəti barədə məlumat yayıb.İsveç prokurorunun iddiasına görə , şübhəli maliyyə əməliyyatı 2013-cü ildə aparılıb və sözügedən maxinasiya nəticəsində azərbaycanlı nəqliyyat məmurları “otkat” formasında 100 milyon dollar rüşvət alıblar.
Prokuror konkret olaraq rüşvətin hansı məmur tərəfindən alındığını açıqlamayıb.Bununla belə , maxinasiyada bir neçə azərbaycanlı nəqliyyat məmurunun iştirak etdiyini istisna etməsə də , konkret bildirib ki, Kanadanın Bombardiyer Transporteyşn şirkəti ilə 340 milyon dollarlıq müqavilənin imzalanması barədə danışıqları sabiq nəqliyyat naziri Ziya Məmmədov aparıb.Məlumatlara görə Kanada şirkətinin İsveçdəki törəmə müəssisəsində aparılan axtarışlarda Ziya Məmmədovun adı qeyd edilmiş sənədlər ələ keçib.Bununla belə, prokuror Azərbaycan tərəfdən kiminsə istintaqa cəlb edildiyi barədə bir şey deməyib, lakin etiraf edib ki, istintaq çərçivəsində Azərbaycandan bəzi sənədlər alıb.
Olduqca çirkli görsənən maliyyə əməliyyatında diqqət çəkən bir neçə ilginc məqam var. Bakı-Böyükkəsik dəmiryolunun siqnalizasiya sistemləri ilə təchiz etilməsini nəzərdə tutan bu müqavilə niyə beynəlxalq cinayət araşdırmasının predmetinə çevrilib?
Əvvala, cinayət işində iddia olunur ki, elə düzülüb-qoşulub ki, Nəqliyyat Nazirliyinin həmin siqnalizasiyaların alış tenderini Kanadanın Bombardiyer şirkətinin İsveç törəməsi olan şirkət və Füzuli rayonunun Bəhmənli kəndində Elxan Əliyev adlı birinin adına qeydiyyatdan keçmiş Trans Siqnal Transporteyşn şirkəti tərəfindən şərikli qaydada udulub.Nəqliyyat Nazirliyinin tenderinin müştərək qaydada işləyən biri xarici olmaqla iki şirkət tərfindən udulması şübhəli deyilmi?
İkinci, çox maraqlıdır ki, 46 ədəd siqnal qurğusu Kanadadan Azərbaycan Dəmiryollarının sərəncamına birbaşa gəlsə də, onun pulu birbaşa yox, mürəkkəb sxemlə ödənilib.Belə ki, siqnal qurğuları əvvəlcə rekvizitləri məlum olmayan bir London şirkətinə , oradan isə azı 5 dəfə baha qiymətlə Azərbaycana satılıb.
Beləliklə, qiymətin 5 dəfə şişirdilməsi azərbaycanlı məmurlara sonda 100 milyon dolların ” obkat ” formasında geri qayıtmasına imkan verib.
Korrupsionerlərin üzündən dövlətimizin beynəlxalq imicini xəritə üstünə gətirən bu qalmaqalın əsil mahiyyəti nə vaxt və necə təsdiqlənəcək?
Kanalımız prosesi izləyəcək.Siz də bizim kanalı izləyin!…