Azərbaycanda Türkiyə hərbi bazası-Ərdoğan məsələni…-VIDEO

Ərdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etmir, Ermənistan və Rusiya müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

 Kanal32.az xəbər verir ki,Azərbaycana səfərdən Türkiyəyə qayıdan Prezident Rəcəp Tayyip Ərdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməyib. Jurnalistlərin “Şuşa bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi” sualına cavabında cənab Erdoğan “…bu, açıqladığımız maddələrin xaricində deyil” deyib.

Türkiyə medası yazır:“Burada daha sonra inkişaf, genişlənmə ola bilər. Hələ ki, burada daha çox xüsusilə sərhəd xətlərinin qarantiya altına alınması, təminat altına alınması əsas olandır”.

Kanal32.az