Xural TV-nin canlı yayıma başlamasından 2 il ötür

Xural TV-nin canlı yayına başlamasından 2 il ötür.

Kanal32.az  xəbər verir ki, 2015-ci ilin aprel 3-də ilk video yerləşdirilən Xural TV canlı yayıma 2019-cu ilin iyunun 18-də keçib.

Hazırda “Xural TV” adlı Yutub kanalının 100 minə yaxın izləyicisi var.  Kanalın təsisçisi və rəhbəri tatnınmış jurnalist Əvəz Zeynallıdır.

Qeyd edək ki,  Xural TV  müstəqil, baxımlı və sevilən internet televiziyadır. Hər zaman xalqın haqq səsini heç bir qərəzə yol vermədən ictimaiyyətə və müvafiq dövlət qurumlarına çatdırmağa çalışıb.

Biz də  “Kanal32” Media Şəbəkəsi olaraq Xural TV-nin yaradıcı heyətini və Əvəz Zeynallını təbrik edir, onalara müstəqil media amalları və haqq-ədalət uğurundakı fəaliyyətlərində uğurlar arzulayırıq.