Şuşa Bəyannaməsi-Müttəfiqlik zirvəsi

Bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Qələbə Zəfri ilə- Qarabac Azəröaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”. Bu birliyin növbəti ən parlaq və ən şanlı səhifəsi 15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzalamaqla iki qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Şuşa bəyannaməsi – dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik zirvəsi

15 iyun Milli Qurtuluş Günündə Şuşa bəyannaməsinin iki qardaş – Azərbaycan-Türkiyə arasında imzalanması növbəti tarixi hadisə olmaqla yanaşı, həm də bu qardaşlığın ən yüksək səvimiyədə olduğunun bir daha dünyaya nümayiş etdirdi. İunun 15-də Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi.

Azərbaycan Prezidenti İlham Əliyev cənabları görüş zamanı bu səfərin və bu günün tarixi əhəmiyyətli olduğunu vurğulamışdır: “Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”.

Dövlətimizin başçısı, həmçinin Şuşa bəyannaməsini müttəfiqlik bəyannaməsi adlandırmışdır: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu bəyannamənin iki qardaş ölkə arasında münasibətlər üçün yol xəritəsi adlandırmışdır: “Şuşa Bəyannaməsi yeni dövrdə Türkiyə-Azərbaycan münasibətləri üçün yol xəritəsini müəyyənləşdirir. Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bir çox məsələləri əhatə edir. Bundan sonra gələcəkdə bir çox addımları atarkən burada artıq sadəcə iki ölkəni deyil, bütün bölgəni əhatə edən bir qətiyyət əksini tapacaq”.

Bəli, Şuşa Bəyannaməsi iki qardaş ölkənin maraqlarının qorunması üçün çox ciddi bir addımdır. Ulu Öndər Heydər Əliyevin söylədiyi: “Bir millət, iki dövlət”- şüarı, Böyük Atatürkün dilindən səslənən “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”- kəlməsi bir daha öz təsdiqini tapdı və bu böyük hadisə, tarixi məqam iki qardaş dövlətin münasibətlərinin gələcək inkişafında da çox mühüm rol oynayacaq.

Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə tarixinin qızıl səhifəsi, böyük qələbələrin davamı, strateji bir yoldur, bölgədə sabitliyin təminatına yönəlik bir addımdır, Azərbaycan-Türkiyə qardaşlığının növbəti rəmzidir.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada mətbuata bəyanatında Türkiyənin müharibə dövründə Azərbaycana dəstəyindən danışarkən bir daha bildirdi ki, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bir daha bildirdi ki, Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətli sənəddir və Qarabağın yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik: “Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik”.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızda “sevinci və kədəri bir” olan, “bir millət, iki dövlət”in prezidentlərinin mətbuata birgə bəyanatları, dövlət liderlərinin bölgəmizə və dünyaya verdikləri mesajlar bir daha bu birliyin, müttəfiqliyin sarsılmaz və əbədi olacağının göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, bu birliyi bizi birləşdirən bir çox amillər təmin edib: “İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız, xalqlarımızın qardaşlığı”.

Bu gün dünya miqyasında Azərbaycan ilə Türkiyənin unikal əməkdaşlıq, müttəfiqlik nümunəsi göstərir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Dövlət başçımız bildirmişdir: “Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi kəlamlar bizim üçün, fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik, XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Dövlət başçımızın dediyi kimi: “Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik”.

ZƏRİFƏ QULİYEVA,

AP üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri