Nəsimi rayonunda şəhid ailələri və qazilərlə görüş olub-FOTOLAR

Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri, “Tərəqqi” medalı ilə təltif olunan Zərifə Quliyeva 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib.

Kanal32.az xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilərlə görüş olub.

Zərifə xanım onları öz cəmiyyəti adından təltif edib.

“Hər il Qurtuluş bayramı ilə bağlı tədbir keçirirəm. Bu, mənim üçün çox şərəfli bayramdır. Bunu qeyd etməmək olmaz. Torpaqlarımız mənfur düşmən tərəfindən işğal olunmuşdu. Amma bizim Azərbaycanımız illər əvvəl içindən işğal olunmuşdu.

Biz o günləri yaşadıq. İçimizdəki xainlər Azərbaycanın hər bir bölgəsində silahlı qüvvələr yaratmışdılar. Əhali dinc yaşaya bilmirdi. Həm aclıq, həm qorxu, həm də soyğunçuluq var idi. Ulu öndər Heydər Əliyev gəldi və xalqı xilas etdi.

Onun gəlişi şanlı gün idi. Həmin günləri xatırlayıram. Bu ölkəyə sahib çıxdı. Xalqı dar gündən çıxardı. Böyük bayramdır. Bilirəm, bizim böyük bayramlarımız var. Amma Milli Qurtuluş Günü hər birimizin ailəsində sevinclə qeyd edilməlidir.

Eyni zamanda, bu il Qurtuluş günümüz Zəfər bayramı ilə üst-üstə düşür. İki ən böyük və gözəl bayram. Qurtuluş günü – o vaxt torpaqlarımız Ulu öndərin sayəsində azad oldu. Zəfər bayramında isə torpaqlarımız ermənilərdən İlham Əliyevin siyasəti ilə cəngavər oğullarımız tərəfindən azad edildi. Zəfər bayramı, Qurtuluş günü münasibətilə hər kəsi təbrik edirəm”.

Tədbir iştirakçıları daha sonra şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Şəhid anası Lətifə Novruzova çıxış edərək, hər kəsi qələbə münasibətilə təbrik edib:“Bizə bu günü şəhidlər, qazilər yaşatdı. 1994-cü ildən hər çıxışımda demişəm ki, bu cür çıxışlarımız Qarabağda olsun. Bu gün buna nail olduq. Bundan artıq sevinc ola bilməz”.

“Yaşat” Fondunun üzvü Nahid Mehdiyev çıxış edərək, Zərifə Quliyevaya təşəkkür edib.

Sonda şəhid ailələri və qazilərə diplomlar təqdim edilib.








 

/qafazinfo.az/