DYP-ın Gəncədəki şöbəsində vətəndaşları belə soyurlar-VİDEO

Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Milli Məclisdə niyə topa tutldu?

Məlumat üçün bildiriək ki, DİN rəhbərliyi tərəfindən Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə polis mayoru Eldar Əliyev yeni təyin edilib. Polis mayorunun vəzifəyə təyin edilməsinə baxmayaraq uzun illər çalışdığı şöbədəki xidmətlərin qiymətlərini 150, bəzən də 1000% qaldırıb.

Dünyanınsəsi.Az-a verilən məlumatlarda o da bildirilir ki, Gəncə 9 saylı rayonlararası qeydiyyat imtahan şöbəsində sanki “gömrük” sistemi qurulub. Burada vətəndaşları şöbəyə buraxmazdan əvvəl girişdə onları makler sürüsü üzərinə tökülür nə problemin olduğunu sorğu-sual edirlər.Və şövbənin xidmət otaqlarına daxil olanda vətəndaşın mobil telefonlarını əlindən alıb sonra içəri buraxırlar. Bu da insanlar arasında haqlı narazılığa, hətta qarşıdurmaya gətirib çıxarır.

Hər dəfə yeni rəis təyin ediləndə  əvvəlki rəisdən sonra yeni gələn rəisə ümidlər artır.Əksinə  yeni təyin edilən polis mayoru Eldar Əliyev keçmişdəkilərinin atasına rəhmət oxutdurur. Son günlər .gəncəlilərin və Gəncəyə bağlı olan ətraf rayonların sakinlərində işlərin yoluna qoyulmasına ümid yaransa da, yeni rəisi Eldar Əliyev bu ümidləri doğrultmadı. Deyilənə görə, “mero”nun rəisi elə ilk iş günündən sürücülük vəsiqəsinin qiymətini min manatdan yuxarı qaldırmaqla “bazar”ın qiymətini devalivasiyadan sonrakı dövürə uyğunlaşdıra bilib. Konkret olan mun 200 manat (1200) birdəfəlik ,dırnaqarası tariff rejimi müəyyənləşib.Dövlət risüm qiyməti 500 azn olan “20 – 111” nömrələr hazırda 3000 manata satılır.Əvvəllər texniki müayinə qiyməti 60 manat  jiquli markalı avtmaşınlar keçirdisə indi yeni “Bazarkom” qiyməti 80 manata qaldırdığı deyilir.Yəni “mero”da qiymətlər lap Ceyranın belinə qaldırılıb, desək yanılmayın.

Əslində yollarda təhlükəsizliyi təmin etmək Dövlət Yol Polisinin borcudur və bu qurum mümkün qədər çalışmalıdır ki, yollarda qəzalar və insan itkiləri azalsın. Dövlət yol polisi sürücülük hüququ alan vətəndaşların yol hərəkəti ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnməsində maraqlı olmalıdır.

Ancaq Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Eldar Əliyev belə məsələlər düşündürmür. Rəisi düşündürən sürücünün savadlı, peşəkar olması deyil, daha çox pul qazanmasıdır. Ona görə də texniki peşə məktəbləri sürücülük şəhadətnaməsini vətəndaşa pulla satırlar, Bu proseslə bağlı bizə daxil olan məlumata görə, imtahanlar sözdə testdir. Burada düzlükdən əsər-əlamət yoxdur. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına min iki yüz , min beş yüz manat verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. İmtahan zalının yanında gəzişən maklerlərin çoxu texniki peşə məktəblərinin nümayəndələridir. Onlar imtahana gələn vətəndaşlarla təmasa girir, onlara imtahanın çətin olduğunu, sürücülük vəsiqəsinin azı min iki yüz manata başa gələ biləcəyini dırnaq arası “başa salırlar”. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir. Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində daha bir ciddi məsələ isə avtomobillərin texniki baxışı ilə bağlı olan siqnallardır. Avtomobillərin texniki baxışı zamanı bir çox nəqliyyat sahibləri, avtomobilləri saz olduğu halda incidilir, amma elə nəqliyyat vasitələri də olur ki, yola çıxmağı təhlükə mənbəyi olsa da, nədənsə texniki baxışdan keçirilir. Bütün bu işlərin nəticəsi yollarda naşı sürücülərin artmasına və eyni zamanda elə qəzaların da silsilə ilə çoxalmasına gətirib çıxardır. Özü də ağır qəzaların.deməli qəzaların qarşısının alınmasına birbaşa cavabdeh olan qurumlar elə qəzaların artmasına baiskar olurlar desək yanılmarıq. Dünyanınsəsi.Az saytı  olaraq yaxın günlərdə Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində baş verən daha bir neçə qanun pozuntularını da, sizlərin diqqətinə çatdıracağıq.Belə olmasaydı yuxarıda qeyd etdiyimiz  rüşvətxorluq faktları ilə bağlı   Milli Məclisin Gəncədən olan deputatı Müşfiq Cəfərov  pralamentin tirbunasından Eldar Əliyevi topa tutmazdı.

Bazar adamlarına xas fəaliyyəti ilə əvvəlki rəisin atasına rəhmət oxutduran təzə rəis haqqında videonu təqdim edirik:

Redaksiya olaraq bildiririk ki, Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Eldar Əliyevin mövqeyini dərc etməyə hazırıq.