“Nəvai” postunda yol polisi sürücüdən rüşvəti belə aldı-VİDEO

“Nəvai” postunda yol polisi sürücünün sənədlərini yoxlamadan ondan 50 manat məbləğində rüşvət alaraq buraxıb.

Paytaxtın giriş-çıxışlarında yaradılan “gestapo post”ları sanki ölkə daxilində əlavə kömrük keçid məntəqəsini xatırladır. Sərhəd keçid məntəqələrindən fərqli olaraqn magistral yollarda ard-arda düzülən alayın tağımları addımbaşı nəin ki, yük maşınlarını, eləcə də digər kateqoriyadan olan avtomobillərə özlərinin qazanc mənbəyi kimi baxırlar. Belə qazanc postlarından biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımıdır desək, yəqin yanılmarıq.

Kanal32.az xəbər verir ki, redkasiyamıza  göndərilən və 05 may 2021-ci ildə lentə alınan videodan açıq şəkildə görünür ki, “Nəvai” postunda Yol Patrul xidmətinin əməkdaşı Bakı-Gəncə istiqamətində hərkətdə olan avtomobili saxlayır və sürücüdən pul alaraq onu rahat buraxır. Videoya diqqətlə baxdıqda görünür ki, polis əməkdaşı heç saxladığı sürücünün sənədlərinə belə baxmır. Videonu lentə alan və redaksiyamıza göndərən mənbənin sözlərinə görə, Yol Patrul Xidmətinin adını bilmədikləri serjant rütbəli əməkdaşı  sürücüdən 50 manat rüşvət alıb.

Yəqin ki, faktın dəqiləşdirilməsi, qanun pozuntusunun müəyyən edilməsi ilə bağlı müvafiq qaydada araşdırma aparılacaq və həmin polis əməkdaşının kimliyi müəyyən edilərək, hüquqi tədbir görüləcək.

Qeyd edək ki, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının komandiri polis kapitanı Rəşad Ağayevin də mövqeyini öyrənmək cəhdimiz isə alınmadı. Amma buna rəğmən Baş Dövlət Yol Polis İdarəsinin və  Yol Patrul Xidməti Alayının 7-ci tağımının komandirinin açıqlamasını dərc etməyə hazırıq.

Yol polisinin sürücüdən rüşvət alması videosunu təqdim edirik:

Kanal32.az