“BUTA” körpələr evi uşaq sığınacağına baş çəkib-FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “BUTA” körpələr evi, uşaq bağçası Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki uşaq sığınacağında tədbir keçirib.

Kanal32.az xəbər verir ki, artıq 10 ildir ki, “BUTA” körpələr evi, uşaq bağçası Azərbaycan Uşaqlar birliyinin nəzdində uşaq sığınacağında müxtəlif tədbirlər keçirir. 2012-ci ildən “BUTA” uşaq bağçası 3 azyaşlıya ödənişsiz məktəbə qədər hazırlıq üçün təhsil alma hüququ verib.

“BUTA” uşaq bağçası həmçinin keçirilən tədbirdə də 2 azyaşlı uşağa ödənişsiz təhsil almaq hüququ verib.

Qeyd edək ki, keçirilən tədbirdə əyləncəli proqram təşkil olunub, bundan başqa körpələr üçün bayram hədiyyələri verilib.

Tədbir əyləncəli oyunlar, uşaqlar üçün təşkil edilən kiçik yarışmalar və onların əyləncəsi üçün keçirilən proqramla başa çatıb.

/Sia.az/