Azərbaycanın bütün işğaldan azad edilmiş əraziləri kimi Ağdam şəhərinin də Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların da təklifləri nəzərə alınacaqdır.
Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq. Prezident İlham Əliyev tərəfindən Ağdam şəhəri üçün çox önəmli olan, tarixçəsi 140 ilə dayanan 1 saylı orta məktəbin, Ağdam Sənaye Parkının təməli qoyuldu. Sənaye Parkının ərazisi təqribən 200 hektara yaxındır və orada gələcəkdə yüzlərlə, bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun da təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib.
Bildiyimiz kimi muzeylə tarixi yaddaşlarda yaşadan mədəniyyət müəssisələridir. Mənfur qonşularımız İşğal etdikləri torpaqlarımızda yerləşən muzeylərimizi talan etmişdirlər. Yenidən bu ərazilərimizdə muzeylər yaradılacaq .İlk olaraq Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası hazırlanıb.Ağdamda böyük meşə sahəsinin də təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq böyük bir sahədə meşə zolağı, süni göl, kanallar, körpülər yaradılascaq. Bütün Qarabağ zonası “Yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “Ağıllı şəhər” konsepsiyası əsasında qurulacaqdır.
30 ilə yaxın bir müddətdə üzdəniraq qonşularımız torpaqlarımızı geri verməmək üçün min bir hiyləyə əl atmışdılar. Ancaq Azərbaycan hər zaman münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır. Azərbaycan hər zaman çalışmışdır ki, münaqişəni sülh yolu ilə həll etsin. Təəsüflər olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdır.
Rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul oldu. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların Azərbaycana qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu.Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz işğalçıyıq. Ona görə də Azərbaycan hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə də keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.
Bu gün artıq Azərbaycan güclü və müstəqil dövlətdir. Əgər biz güclü, müstəqil olmasaydıq, öz tarixi torpaqlarımızı da işğalçılardan azad edə bilməzdik. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan dövləti bu tarixi missiyanı şərəflə yerinə yetirdi və torpaqlarını işğalçılardan azad etdi.
Artıq bütün dünya 44 günlük müharibədə bizim gücümüzü , Silahlı Qüvvələrimizin rəşadətini, xalqımızın birliyini gördü. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. 44 günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz öz doğma torpaqlarımıza doğru irəli gedirdik. Düşmən müharibənin son mərhələsində panikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı.
Azərbaycan hər zaman öz məsuliyyəti ilə seçilən ölkə olmuşdur. Müharibə dövründə də belə oldu, yəni biz özümüzü ləyaqətlə apardıq və müharibənin bütün qaydalarına riayət etdik. Məhz buna görə də Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq az oldu. Biz ancaq işğalçı orduya qarşı mübarizə apardıq. Azərbaycan Ermənistandan fərqli olaraq, heç zaman soyqırım törətmədi və digər hərbi cinayətlər də iştirak etmədi. Budur bizim fərqimiz.
Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcəkdir. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi hər zaman ümummilli məsələ olmuşdur və heç vaxt biz bu vəziyyətlə barışmamışdıq, bunu da hər zaman açıq bəyan etmişdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi. Bu şanlı Qələbə tarixdə əbədi olaraq qalacaqdır. Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaqdır.
Aygün Qasımova
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru