İmirli Şəhidləri ziyarət edildi-FOTOLAR

Müvəkkil Hüquq Mərkəzinin  təşkilatçılığı ilə Bərdə rayonunun İmirli kəndində Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olmuş şəxslərin məzarı ziyarət edilib.
Bu barədə təşkilatın sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.
 S.Vəkilov bildirib ki, Azərbaycanın elə bir kəndi elə bir regionu yoxdur ki, onlar  torpaqlarımızın azadlığı uğrunda verilmiş itkilərdən kənarda qalmış olsunlar. Bərdə rayonun İmirli kəndində məhz belə kəndlərdəndir. Son 44 günlük II Qarabağ savaşı zamanı İmirli kəndinin vətənpərvər övladları zabit və əsgər heyəti ilə onlarla şəxsin  simasında müharibədə iştirak ediblər.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərə ehtiram göstərmək hər bir Azərbaycanlının borcudur. Bu ən-ənəyə sadiq qalan Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə İmirli kənd qəbristanlığında uyuyan şəhidlərin məzarları ziyarət edilib.
 Ziyarətçilər tədbir çərçivəsində 1992-ci ildə şəhid olmuş, Rəhman Abbasovun, Xocalı soyqırımı zamanı şəhid olmuş Dilarə Nürəliyevanın, 24 aprel 1994-cü ildə Xocalı polisinin tərkibində  şəhid  olmuş Əskər Məmmədovun, 1998-ci ildə xidmət zamanı şəhid olmuş baş leytenant İlqar Calalovun, 44 günlük müharibə zamanı şəhid olmuş Murad Musayevin məzarları ziyarət edilmişdir. Tədbir iştirakçıları sonra  şəhid Əsgər Məmmədovun şərəfinə yaradılmış Əsgər bulağınıda ziyarət ediblər. Şəhid Əskər Məmmədovun qardaşı I və II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan milli ordunun polkovnik leytenantı Nicad Məmmədov ailəsi adında tədbir iştirakçılarına təşəkkür edib.

 

MHM-nin sədri S.Vəkilov bildirib ki, Azərbaycan xalqı ölməz xalqdır! Torpaqlarının azadlığı uğrunda şəhid olan belə vətənpərvər övladlarımız var olduqca bu vətən var olacaqdır!

 

Tədbirdə, fərdi sahibkarlar Elçin Abbasov, Sərdar Abbasov, Rafiq və Tofiq Alıquliyevlər, Maarif Novruzov, Qarabağ müharibəsi veteranı Teymur Seydəliyev, İmirli kənd sakini İlkin Sadıqov və Şahvələr kənd sakini Adil Əliyev, Xəyyam Sarıyevdə iştirak ediblər.