Xəbər verdiyimiz kimi Natiq İsmayılov adlı Gəncə sakini KANAL32.az vasitəsilə oğlunun Sumqayıt şəhər Polis İdarəsinin rəisi tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ölkə başçısı İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etmişdi. Artıq mövcud problemə müdaxilə olunub.Nazirin göstərişi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi general Teymur Hacıyev şikayətçini qəbul edib.Bildirilib ki, oğlu Razimli Nahidin problemi həll edilib.
Şikayətçi Natiq İsmayılovun Daxil İşlər nazirinə ünvanladığı təşəkkür məktubununu təqdim edirik:
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova.
Gəncə şəhəri Ə.Əliyev küçəsi 2 ci döngə bin 3 mən 26 da yaşayan İsmayılov Natiq Razim oğlu tərəfindən
Tel:050-511-21-96.
MÜRACİƏT.
Hörmətli cənab nazir! Sumqayıt ŞPİ-nin rəisi Fəqan Azadəliyevin,həmin idarənin CAŞ nin kiçik inspektoru vəzifəsində işləyən oğlum Razimli Nahid Natiq oğluna əsassız yerə “xidmətə yararsız” barədə verdiyi tömətlə bağlı Sizə müraciət etdim.Sizin rəhbərliyiniz altında müraciətim xüsusi nəzarətə götürüldü və araşdırıldı oğlumun işi yoluna qoyuldu. Sizin böyüklüyünüz və hümanistliyiniz həmişə bütün azərbaycan xalqının qəlbindədir.Böyüklüyünüz insanpərvəzliyiniz qarşısında baş əyirəm minnətdaram.Bir məsələnidə qeyd edirəm ki rüşvətlə bağlı yazılarımı bir ata olaraq əsəbləşdıyimdən hisslərə qapılaraq yazdığıma görə etibarsız saymaqla məni bağışlayın. Bu işdə yaxından maraqlanıb işin düzəlməsi üçün yaxından dəstək olan Gəncə ŞBPİ-nin rəisi cənab general mayor Teymur Hacıyevə minnətdaram.Arzu edərdim ki şəhər və rayonlarımızın rəisləri cənab genral Teymur Hacıyevdən məsləhət alsınlar.Müraciətimi nəzərə almağınızı xahiş edirəm.Mən cənabPrezidentimin daxili və xarici siyasətini dəstəkləyirəm.Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm.