Nazirlik Kəlbəcərin daha bir kəndinin görüntülərini yaydı-VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Sarıdaş kəndindən videogörüntülər yayıb.

Kanal32.az həmin görüntüləri təqdim edir:

Qeyd edək ki,Sarıdaş kəndi Lev çayı ilə Tərtər çayı arasında, dağətəyi ərazidədir. XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə “sarı rəngdə olan qaya” mənasındadır.

Kanal32.az