Bu məhkəmələrin sədrləri vəzifəsindən azad olunur

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi və Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vəzifələrindən azad olunacaq.

Kanal32.az-ın məlumatına görə, bu barədə layihə Milli Məclisə daxil olub.

Layihəyə əsasən, Səadət Bəktaşi və Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Həmçinin, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad ediləcək.

Eyni zamanda Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Zəki Babayev vəzifəsindən azad edilərək, Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

/unikal/