Kəlbəcərli gənc Prezidentin Şuşa səfərinə belə münasibət bildirdi

Əslən Kəlbəcərdən olan ictimai fəal,gənc şair Samir Mustafayev  Prezident İlham Əliyevin iştirakı ilə Şuşanın Cıdır düzündə  keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının ictimai və mənəvi-ideoloji əhəmiyyətini yazdığı maraqlı şeirlə ifadə edib.

Kanal32.az həmin şeiri təqdim edir:

 

DÖNDÜ

Necə yazmayasan bu xoş günlərdən?!

Xalqımın qüruru özünə döndü.

Qurtulduq o ağır, çətin illərdən,

Millətin sevinci üzünə döndü.

+++++

Sərkərdəmiz əzdi düşmənin başın,

Çıxdı azadlığa torpağım, daşım.

“Dəmir Yumruq” oldu hər vətəndaşım,

Cənabın bir kəlmə sözünə döndü.

+++++

Haqq yolunun dözdülər hər anına,

Vəlvələ saldılar düşmən canına.

Vətən Şəhidlərin axan qanına,

Qazinin qaranlıq gözünə döndü.

+++++

Yağının xülyasın tamam çöndərdi,

Torpaqdan rədd etdi, gora göndərdi.

İgidlər dağları yola döndərdi,

Dağlar Pənahəli izinə döndü.

+++++

Yüksək saxlayırıq hər an xidmətin,

Qardaşın qardaşa böyük hörmətin.

Naxçıvan, Zəngəzur atdı həsrətin,

Yolumuz Laçın dəhlizinə döndü.

+++++

Azad etdi hər kəndi, hər şəhəri,

Öz gücüylə heyran etdi bəşəri.

Əldə silah Azərbaycan əsgəri,

Doğma ocağına, közünə döndü.

+++++

Hər uğurda Öndərimiz dayandı,

44 günə Böyük Zəfər yarandı.

Mehriban xanımla gəzib dolandı,

Şükür Paşam Cıdır düzünə döndü.

 

Samir Mustafayev

Kəlbəcər sakini

15.05.2021