Görün,Polis atası idarə rəisi ilə bağlı nələr dedi-ŞOK VİDEO

“Sumqayıt Polis İdarəsinin Cinayət axtarış bölməsində kiçik inspektor işləyən oğlum Razimli Nahidə idarə rəisi Fəqan Azadəliyev heç bir hüquqi əsas olmadan onun DİN orqanlarından xaric edilməsi üçün töhmət vermişdir. Oğluma qarşı qərəzli və qanunsuz davranışları təkcə rəis deyil, onun müavini Rauf Babaşov və bölmə rəisi Yelmar Mehdiyev də sərgiləyir. Oğlumu sabiq rəis Nəriman İmanovun kadrı kimi təqdim edərək ona müxtəlif vasitələrlə təzyiqlər edirlər.Oğlumun idarədə qalıb işləməsi üçün bizdən 9-10 min manat məbləğində pul istəyir”.

Bu fikirləri Kanal32.az-a müraciət edən Sumqayıt Polis İdarəsində kiçik inspektor işləyən Razimli Nahidin atası İsmayılov Natiq Razim oğlu səsləndirib.

Polis atasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və Daxil İşlər naziri Vilayət Eyvazova ünvanladığı ilginc videomüraciəti təqdim edirik:

Qeyd edək ki,Sumqayıt Polis İdarəsinin rəsisi Fəqan Azadəliyevin mövqeyini öyrənmək üçün onun mobil telefonuna bir neçə dəfə zəng etsək də, rəis telefona zənglərinə cavab vermədi. Ancaq buna baxmayaraq barəsində kəskin iddialar səsləndirilən Fəqan Azadəliyevin və digər adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Onu da bildirək ki,Sumqayıt şəhər Polis İdarəsinə rəisi Fəqan Azadəliyevin Lənkəran və Göranboyda işlədiyi vaxtlarda bir sıra qanunsuz əməllər törətməsi barədə də müxtəlif iddialar var.Bu haqda zaman-zaman sosial şəbəkələrdə və Youtube kanallarında informasiyalar yayılıb.

-Fəqan Azadəliyev-

Kanal32.az