Ağdam Musiqi Kolleci ilə bağlı ŞOK İTTİHAMLAR!

313

Ağdam rayonundan “Azərbaycan Bələdiyyəsi” qəzetinin və Azbelediyye.az saytının redaksiyasına ilginc məlumat daxil olub.Saytımızın elektron poçtuna məlumat göndərən mənbənin bildirdiyinə görə,Ağdam rayon Musiqi Kollecində özbaşınalıq və rüşvət halları baş alıb gedir.Belə ki,məktəbə müvəqqəti rəhbərlik edən 64 yaşlı Rafael Musayev dövlətimizin mövcud qanunlarına tabe olmur və kolleci “bazar münasibətləri”ilə idarə edir.Məlumatı göndərən mənbə iddia edir ki,kollecdə keçirilən hər dövlət imtahanı üçün tələblərdən 600 manat pul alınır və onlara qiymət yazılır.

Ancaq maraqlıdır ki,imtahanlardan qiymət alan tələblərin böyük əksəriyyəti tarı,kamançanı kökləyə bilmir.Hətta,not tanımayan tələblər də var.Kollecdəki mənbənin digər məlumatına görə,elə tələblər də var ki,imtahan günü öz evlərində olublar.Yəni məktəbə gəlməyiblər.”Aylığa” və “illiyə” çıxarılan tələblərin də olduğu səslənən iddialar sırasındadır.”Aylıq”ların isə 120-200 manat civarında dəyişdiyi deyilir.Bu məbləğləri “illik”ödənişə çevirmək üçün isə riyaziyyatçı olmağa gərək yoxdur.Bir sözlə,Rafael Musayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunan  Musiqi Kollecinin sabiq direktoru Laura Ağayevanın “ənənələr”ni “uğurla”davam etdirir.Hətta,bəzi tələbə və valideynlər Laura Ağayevanın “atasına rəhmət” oxuyurlar.

Adının çəkilməsini istəməyən şəxsin digər bir iddiası isə xüsusi diqqət çəkir.O bildirir ki,bir müddət əvvəl kollecə rəhbərlik edən Rafael Musayev insan alveri cinayətində şübhəli bilinərək istintaqa cəlb olunub.Həmçinin,bu şəxs işdənkənar müxtəlif yerlərdə insanlar arasında dövlət siyasəti əleyhinə fikirlər də səsləndirir.

Bu zaman bir sıra suallar yaranır.Həqiqətənmi,belə adamlar səlahiyyət sahiblərin “xeyir-duası”ilə dövlət işinə təyinat alır? Ağdam Musiqi Kolleci kimi tarixi ənənələr malik bir təhsil ocağında baş verən qanun pozuntularına yerli İcra hakimiyyəti və hüquq-mühafizə orqanları niyə göz yumur?

Qeyd edək ki,haqqında iddialar səsləndirilən Rafael Musayevin mövqeyini öyrənəmək üçün etdiyimiz zənglər isə cavabsız qaldı.Biz redaksiya olaraq bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az