GƏRGİN KEÇƏN MÜBARİZƏDƏN SONRA nəhayət Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
KANAL32.az xəbər verir ki, bu, “Beşiktaş” olub. Komanda son – 42-ci turda “Göztəpə” ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“Qalatasaray” isə evdə “Malatyaspor”u məğlub edib – 3:1.
3-cü yerdə olan “Fənərbaxça” “Kayserispor”la heç-heçə etməklə bütün şanslarını əldən verib – 1:1.
Nəticədə turnir cədvəlindəki duruma əsasən, “Beşiktaş” və “Qalatasaray”ın 83 xalı, “Fənərbaxça” isə 80 xalı olub. Lakin mövsümlük qol nisbətinə görə “Qalatasaray”dan 1 top üstün olan “Beşiktaş” çempionluğu rəsmiləşdirib. Komandanın baş məşqçisi Sergen Yalçın isə “Göztəpə” ilə matçdan sonra gözyaşlarını saxlaya bilməyib.
“Kayserispor” – “Fənərbaxça” – 1:1
Qollar: Enriki, 18 – Valensiya, 90, pen.
“Qalatasaray” – “Yeni Malatyaspor” – 3:1
Qollar: Dərvişoğlu, 53, Babel, 60, Çağlayan, 90+3 – Buyuk, 39
“Göztepe” – “Beşiktaş” – 1:2
Qollar: Öztürk, 24 – Vida, 10, Qezzal, 69