Baş prokuror “Tərtər işi” ilə bağlı “quşu gözündən vurdu”

Baş prokuror Kamran Əliyev son günlər “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O, “Report”un sualını cavablandırarkən deyib ki, “Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

“Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur”, – K.Əliyev vurğulayıb.

P.S. Görəsən, verdiyi müsahibə zamanı “quşu gözündən vuran” Kamran Əliyev bu açqılması ilə nə demək istəyir??? Bəlkə Baş prokuror “Tətər qətlimaı”nı törədənlərin arxasında duran “böyük güclər”dən qorxur.Yoxsa, detallı açqılamalar verib işgənclərin başında duran “krallar”ı hürkütmək istəmir…???