Mingəçevirdə 6 ailəyə tibbi ləvazimat verilib-FOTO

“Ailələrə Sosial Dayaq “ İctimai Birliyi tərəfindən pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların olduğu 36 ailəyə yardımlar paylanılır.

Kanal32.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının   maliyyə yardımı ilə “Ailələrə Sosial Dayaq “ictimai birliyinin həyata keçirdiyi “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların (SİMU)ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi ” adlı layihə davam edir.

14 sentyabr 2020-ci il tarixdə daha 6 ailəyə Mingəçevir Mərkəzi Poçtu vasitəsilə tibbi ləvazimat qutuları göndərilib. Yardım alan şəxslər Hacıyeva Aygün, İbişova Səbinə, Nəsrullayeva Xalsa, Məmmədova Sevda, Hüseynova Nuranə  və Əliyeva Roza olub.

Qeyd edək ki,layihə çərçivəsində 36 ailəyə 50 azn dəyərində kuponlar və 30 ailəyə tibbi ləvazimatlarla yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Kanal32.az