Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilir.
Kanal32.az-ın məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.İcra başçısı Alimpaşa Məmmədovun saxlanıldığı bildirilir.
Hazırda əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org saytı yayıb.