Mingəçevir xəstəxanasının qalmaqallı direktoru vəzifəsindən azad edildi

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Kanal32.az xəbər verir ki, publik hüquqi şəxsin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunub. Onun paytaxtdakı tibb müəssisələrindən birinə təyin olunduğu bildirilir.

Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin baş həkimi Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Kanal32.az-ı məlumatlandıran mənbənin iddiasına görə Məzahir Yusufov  ötən gün məlum olmayan səbəblərdən Mingəçevir Polis şöbəsinə çağırılıb.

Qeyd edək ki,adı zaman-zaman qanunsuz və özbaşına əməllərdə hallanan Könül Ələkbərovun yerinə  hələlik təyinat olmayıb.