Şəmkirdə təhsilə belə zərbə vurular-FOTOLAR

Şəmkir rayonunda orta məktəb şagirdləri təhsildən yayındırılır – Yeni müdirin işgüzarlığı, yoxsa sərgüzəştləri???

Kanal32.az-ın elektron poçtuna müraciət edən mənbənin məlumatına görə,Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev bir neçə gündür ki, vəzifəyə təyin olunsa da özünü işğüzar rəhbər kimi göstərmək üçün az qala əldən-ayaqdan gedir. Lakin yeni müdirin təhsil qanunvericiliyindən xəbərəsiz olması qısa müddətdə özünü göstərib. Belə ki, Şəmkir Rayon Təhsil Şöbəsinin facebook səhifəsində yazın gəlişi ilə əlaqədar Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərində ağacəkmə aksiyasına start verildiyi ilə bağlı paylaşım olunub.

Qeyd olunan paylaşımda şagirdlərin ağac əkdiyi əks olunan şəkillər paylaşılıb. Şagirdlərin ağacəkə aksiyasına cəlb olunmaları qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasıdır. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 7.2-ci bəndinə əsasən təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Bu zaman daha bir neçə sual yaranır:

1. Pandemiya vaxtı şagirdlərin və müəllimlərin kollektiv şəkildə işlədilməsinə(yarı masakalı, yarı maskasız) kim icazə verib və bu hansı hüquqi-normativ aktlara əsaslanıb?

2. Əkilən ağaclar hansı vəsait hesabına və haradan alınıb?

3. Görəsən, bu ağacəkmə aksiyası ilk iş planına salınıbmı, yoxsa bu sadəcə pulsilmə məqsədi ilə həyata keçirilib?

Nəzərə alsaq ki, Şəmkir rayonunda 78 ümumtəhsil məktəbi var, deməli, əkilən ağacların sayı heç də az olmayacaq. Məsələnin ən diqqətçəkən tərəflərindən biri də səndləşdirilən və ictimaiyyətə açıqlanan ağac sayı ilə əkilən ağac sayı arasında kəskin fərq olur. Konkret desək,  say bir neçə dəfə şişirdilir. Təbii ki, bizim işimiz media olaraq məsələni işıqlandırmaqdır. Araşdırmaq isə müvafiq qurumların vəzifə səlahiyyətlərinə aiddir.