“Azərbaycanın iqtisadi platforması liderlik gücünün göstəricisidir”

Prezident İlham Əliyev: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”

Bu gün xalqımız ölkəmizdəki inkişafı, uğurları görür və şahidi olur. Məhz son illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik inkişafı yönündə həyata keçirilən islahatlar və xarici siyasət sahəsində qazanılan uğurları gördükdə, bu uğurları bir daha təhlil etmək zərurəti duyulur. Bu gəlişi söz deyil, real faktlara əsaslanan nəticələrdir. Həmin uğurlar, əldə edilən nailiyyətlər bir mənalı olaraq ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasətinin məntiqi göstəricisidir.
Son 17 il – dövlət başçısı İlham Əliyevin Prezidentlik dövrünə diqqət yetirmək kifayətdir ki, bu realllığın şahidi olasan. Bu son 17 il ərzində Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam hər il görülən daha böyük uğurların nəticələrini gördükcə sabaha daha böyük bağlılıqla inanır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm».
17 il öncə deyilənlər bu gün öz nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 17 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Son 17 ilin uğur reallıqları – faktlar, rəqəmlər…

Son 17 ildə sürətli inkişaf yolu keçən Azərbaycan dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Belə ki, 17 il öncə, 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 50 milyard dollara yüksəlib. Sözsüz ki, bu ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsində əldə olunub.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 17 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Qısqanclıqla qarşılanan həqiqətlər

Göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı, həmçinin, illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada bir sıra müxalifət funksionerləri, mətbuatı Azərbaycanda əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Əgər ölkəmizdə son 16 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq bu iddianın düzgün olmadığını görmüş olarıq. Bu baxımdan elementar bir müqayisəni vermək istərdim. Əgər Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edirdisə, Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4.8 milyard dollardır. Bu da ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur.
Dünyanı ağuşuna alan pandemiya elan olunduğu ilk gündən dövlətimiz nizamlı və sistemli formada koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirib.
Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına uğurla həyata keçirilir. Onun nəticəsidir ki, görülən bütün lazımi qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini verib və verməkdədir. Vaxtında görülmüş tədbirlər nəticəsində başqa ölkələrdən fərqli olaraq xalqımız bu vəziyyətdən az itkilərlə çıxır və ölkəmizdə koronavirus xəstəliyi nəzarət altındadır. Vəziyyətə həssaslıqla yanaşan dövlətimiz müsbət vəziyyətin daha da yaxşılaşdırılması üçün kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməyi xüsusi tələb kimi qoymuş və müvafiq qanunvericilik aktları mövcud vəziyyətə uyğunlaşdırılmışdır. Yarım il ərzində karantin rejimi vəziyyətə uyğun olaraq bəzən yumşaldıldı, bəzən də sərtləşdirildi. Buna uyğun olaraq, qanunvericiliyə müvafiq dəyişikliklər də edildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, karantin qaydalarına əməl etməyə çağırıblar. Onlar özləri şəxsi nümunə göstərərək qapalı məkanlarda maska taxır, bütün tədbirlərdə sosial məsafə saxlayırlar. Necə deyərlər, ən gözəl tərbiyə şəxsi nümunədir. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Hər bir vətəndaş kimi, ictimai-siyasi xadimlər, hökumət üzvləri, xüsusilə deputatlar karantin rejiminə nəinki riayət etməli, həm də şəxsi nümunə göstərməlidirlər.

Hər kəs özündə sosial məsuliyyət hiss etməlidir

Doğurdan da, bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür.
Bir məqamı da təəsüflə vurğulamaq lazımdır ki, sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlar da var və belələri təhlükəsizlik orqanları tərəfindən ciddi tədbirlər görüləcək, görülməlidir də.
Belə ki, bu günlərdə bəzi sosial şəbəkələrdə Azərbaycanda ərzaq qıtlığı yaranacağıyla bağlı heç bir əsası olmayan xəbərlərin yayılmasıdır. Amma anlamaq lazımdır ki, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!
Bu gün ölkəmizin bu uğularını həzm edə bilməyən bəzi qərəzli qurum və təşkilatlar anlamalıdırdar ki, Azərbaycana qarşı nə qədər qərəzli olsalar da, faktlar qarşısında geri çəkilməyə məcburdurlar və məcbur olacaqlar. Belə ki, Azərbaycan hər il əldə etdiyi nailiyyətlərlə dünyanın sivil, demokratik, dinamik inkişaf edən ölkələri sırasında yer aldığını konkret faktlar əsasında dünyaya sübut edir.
Bəli, bu, həqiqətən də, belədir! Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi sözü ilə əməli tam üst-üstə düşür. Və ölkə Parezidenti İlham Əliyev cənablarının dediyi kimi: «Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər».
Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əminliklə deyə bilərik ki, Azərbaycan ölkə Prezidenti İlham Əliyevlə hələ çox böyük zəfərlərə imza atacaq.

Zərifə Rzaqulu qızı Quliyeva,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri