İctimai birliyin bölgə sədri tanınmış şairlə birlikdə Biləsuvar rayonunda Milli Qəhrəmanın ailəsi ilə görüşüb.
9 noyabr 2026-cı il tarixində tanınmış şair Səməndər Nəsirovla “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan mayor Mədəd Süleymanov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
KANAL32.az-a verilən məlumata görə,Milli Qəhrəmanın Anası və qardaşı ilə görüşən qonaqlar əfsanəvi döyüşçünün ev-muzeyini ziyarət etdikdən sonra şair Səməndər Nəsirovun Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi kitabı onun ailə üzvlərinə təqdim edilib.

Həmçinin, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri Mədəd Süleymanov şair Səməndər Nəsirovu ədəbi sahədəki əməyinə görə o, İctimai Birlik adından Fəxri Fərman təqdim olunub.




KANAL32.az