Mingəçevirdə fəaliyyət göstərən “Kür” Hazırlıq Mərkəzi davamlı olaraq uğurlara imza atır.
Təhsil Mərkəzində məktəblilərə yüksək keyfiyyətli dərslər keçirilir, maraqlı tədbirlər, idman oyunları üzrə yarışlar, valideyinlərlə görüşlər təşkil olunur, sınaq imtahanları aparılır.
Mərkəzin müəllim kollektivi də öz biliklərini daim təkmilləşdirir, şəhərdə keçirilən mədəni-ictimai tədbirlərdə iştirak edir. Təbii ki, böyüyən nəslin tərbiyəsi, təhsili kimi mühüm vəzifənin aparıcı qüvvələri olan müəllimlər öz vəzifələrinə, şərəfli peşələrinə layiqincə əməl etməyə nail olurlar.
Nəticə şagirdlərin uğurlarıdır, fənlərə görə aparılan imtahanlarda da həyəcanlı anlar yaşanır, şagirdlər də müəllimlər də yüksək nəticənin sevincini yaşamaq istəyinin reallığını görürlər. Qeyd edək ki, ötən tədris ilinin nəticələrinə görə burada yetişdirilən məzunların 94 faizi ali məktəblərə daxil olub.
Kür Hazırlıq Mərkəzinin direktoru Rubail Nəbiyev müəllimi, dəyərli müəllim kollektvini uğurlar arzilayırıq.


Esmira Hidayətova