İyunun 29-da Bakıda Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub. “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir. Azərbaycan Xalq Cümhuriyyəti parlaq tarixi ilə cəmi 23 ay mövcud yaşasa da, Şərqdə ilk demokratik dövlət kimi tarixə düşən bu quruluş milli şüurun oyanışında və siyasi düşüncənin formalaşmasında silinməz iz qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham: Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır. Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Cənab Prezident İlham Əliyevin 9 noyabr 2005-ci il -ci il tarixli Sərəncamında da göstərilir ki, Müstəqillik illərində dilimiz sözün əsl mənasında dövlət dili statusu qazanmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli 552 nömrəli müvafiq fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilə bilər. Bütün bunlar Türkoloji Qurultayın qərarlarının məntiqi davamı olmaqla həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı 2026-cı ildə I Türkoloji Qurultayın 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını irəli sürərək bu mötəbər hadisəyə yeni məna qazandırdı. 22 oktyabr 2025-ci il tarixli sərəncamla yubileyin rəsmi şəkildə qeyd olunması təsdiqləndi və bununla da qurultayın tarixi irsi dövlət səviyyəsində yenidən diqqət mərkəzinə gətirildi. 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Son illərdə Türk dövlətləri arasında münasibətlər yalnız mədəni və humanitar sahə ilə məhdudlaşmayıb. İqtisadiyyat, nəqliyyat, enerji təhlükəsizliyi, müdafiə sənayesi, hərbi əməkdaşlıq, təhsil, elm və xarici siyasət sahələrində münasibətlər sürətlə dərinləşir. Orta Dəhlizin inkişafı, birgə investisiya layihələri, müdafiə sənayesi əməkdaşlığı, birgə hərbi təlimlər və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək artıq türk dövlətləri arasında əməkdaşlığın əsas aspektlərinə çevrilib. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində qeyd olunub ki, qurultay türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayır.
Azərbaycanda keçirilən yubiley tədbirləri sadəcə tarixi bir hadisənin anılması deyil. Onlar bir əsr əvvəl İsmailiyyə binasında ifadə edilən ideyaların zamanın sınağından çıxdığını və yenidən Türk dünyasının gündəliyində olduğunu nümayiş etdirir. Bir əsr əvvəl verilən qərarlar bu gün ortaq əlifba təşəbbüslərində, elmi əməkdaşlıq layihələrində, mədəni inteqrasiyada və Türk Dövlətləri Təşkilatının fəaliyyətində əks-səda doğurur. XIX əsrin sonu – XX əsrin əvvəllərində İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyası əsasında formalaşan maarifçilik hərəkatı türk dünyasında milli oyanışa təkan vermişdir. Bu gün türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir, ölkə rəhbərləri tərəfindən əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və ortaq dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılmışdır və atılır 100 il əvvəl Bakıda dildə, fikirdə və əməldə birlik şüarı altında türk dünyasının intellektual dirçəlişinin əsası qoyulub. 100 il əvvəl Türkoloji Qurultayda səsləndirilən ideyalar bu gün də öz aktuallığını qoruyur Birinci Türkoloji Qurultay 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş tarixi elmi-mədəni toplantıdır. Türk xalqlarının dili, əlifbası, ədəbiyyatı və tarixi məsələlərinin müzakirə edildiyi bu qurultayda latın qrafikalı əlifbaya keçidlə bağlı əsaslı elmi-metodik prinsiplər işlənib hazırlanmışdır. Azərbaycan bu gün türk dünyasında xüsusi yer tutur. 100 il əvvəl Birinci Türkoloji Qurultay Türk dünyasında elmi birlik yolunda ictimai əhəmiyyətli rol oynamışdır. Birinci Türkoloji Qurultay sadəcə tarixlə məhdudlaşan elmi bir görüş deyil , türk dünyasının ortaq kimliyini formalaşdıran ən əhəmiyyətli hadisələrdən biri kimi əhəmiyyətini qoruyub saxlayır və bu gün də dövlətlərarası əməkdaşlığın ideoloji əsasını təşkil etməkdə davam edir.
Birinci Türkoloji Qurultay Türk Dünyasının elmi həyatında dönüş nöqtəsi olmuşdur Birinci Türkoloji Qurultay bütün türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Birinci Türkoloji Qurultayında irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib, elminin sistemli inkişafına təkan verməklə yanaşı, türk xalqları arasında mədəni və mənəvi yaxınlaşmanın güclənməsində mühüm rol oynamışdır.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı