“Rəsm otağı” layihəsinin tanışlıq mərhələsi uğurla həyata keçirilib-FOTOLAR

Azərbaycan respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan Rəsm otağı” layihəsi çərçivəsində şagirdlərlə tanışlıq mərhələsi uğurla həyata keçirilib.

Tədbirdə məktəblilər layihənin məqsədləri ilə tanış olub, “Rəsm otağı”nda yaradılacaq yaradıcılıq mühiti və orada öyrənəcəkləri təsviri sənət bacarıqları barədə məlumat alıblar. Şagirdlər həmçinin ilkin praktiki məşğələlərdə iştirak edərək fərdi ifadə imkanlarını kəşf etməyə başlayıblar.

Bu mərhələ məktəblilərin estetik düşüncəsinin inkişafı və layihəyə aktiv cəlb olunması baxımından vacib hesab edilib və gələcək fəaliyyətlərə böyük maraq göstərilib.

Xatırladırıq ki, “Rəsm otağı” qrant layihəsi Məsimova Xəyalə tərəfindən Ağstafa rayonu F. Kərimova adına Muğanlı kənd tam orta məktəbində həyata keçirilir. Layihənin məqsədi bölgədə yaradıcı təhsil mühitinin formalaşdırılması, şagirdlərin təsviri sənət bacarıqlarının təkmilləşdirilməsi və onların sənətə olan marağının artırılmasıdır.

 

#QrantMüsabiqəsi #GrantsEduAz #IXQrant #EduGrants