15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan Dövlətçiliyinin Parlaq Gələcəyinə Gedən Yolun Təməli və Azad Qarabağdan Abad Qarabağa

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan Dövlətçiliyinin Parlaq Gələcəyinə Gedən Yolun Təməli və Azad Qarabağdan Abad Qarabağa

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Tariximizi, keçmişimizi yaxşı bilmədən gələcəyi qurmaq mümkün deyil. Milli Qurtuluş Günü tarixə işıq salmaq, gələcəyimizə istiqamət vermək baxımından son dərəcə əhəmiyyətlidir. 15 İyun – Milli Qurtuluş Günü , müasir Azərbaycanın bünövrəsi, dövlət müstəqilliyinin qorunması və sabit inkişafının başlanğıcı olmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, xilaskar lider, qurucu dövlət xadimi və istedadın nəhəng simvoludur. Bir milləti, uçurumun kənarından əzmiylə, qətiyyətiylə qurtaran, gücləndirən və yüksəldən böyük bir liderdir. Unudulmaz liderin ən əhəmiyyətli özəllikləri millətinə olan sonsuz inamı, xalqına olan bağlılığı, yüksək vətənpərvərliyi, cəsurluğu və qətiyyətliliyidir. Ümummilli lider Heydər Əliyev güclü siyasi iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda qurtuluş missiyasını öz üzərinə götürərək, Azərbaycanımızı ciddi təlatümlərdən xilas etmişdir. Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixidir. Ümummilli lider Heydər Əliyev milli dövlət quruculuğu prosesini inamla həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev irsini hər zaman anmaq, fəaliyyətini tədqiq etmək, gələcək nəsillərə aşılamaq hər bir azərbaycanlının ümdə vəzifəsidir. Milli Qurtuluş Günü: sabitlik və tərəqqiyə aparan yolun başlanğıcıdır. 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir! 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü təkcə sevinc günləri deyil, həm də yeni güc əldə etmək baxımından son dərəcə əhəmiyyətli günlərdir. Ümummilli lider Heydər Əliyev öz milli və qlobal düşüncə tərzi, bəşəri fəaliyyəti, müdrik və uzaqgörən bir dövlət xadimi omulşdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Daxildə hökm sürən qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və iqtisadi böhran ölkənin gələcəyini sual altında qoyurdu. Belə bir şəraitdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması baxımından mühüm tarixi hadisəyə çevrildi.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycan müstəqillik qazansa da, ölkədə sabit dövlət idarəçiliyi sistemi formalaşmamışdı. Müstəqilliyin ilk illərində ölkə daxilində siyasi qarşıdurmalar güclənmiş, hakimiyyət böhranı yaranmışdı. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqların işğalı davam edir, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. İqtisadiyyat tənəzzülə uğramış, inflyasiya yüksəlmiş, dövlət idarəçiliyində ciddi problemlər meydana çıxmışdı. Müxtəlif silahlı qruplaşmaların fəaliyyəti ölkədə sabitliyi pozur, vətəndaş qarşıdurması təhlükəsi yaradırdı. Bu dövrdə Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Xalq arasında mövcud böhrandan çıxış yolu kimi böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması zərurəti getdikcə daha geniş şəkildə dəstəklənirdi. Cəmiyyətin müxtəlif təbəqələri ölkənin gələcəyinin məhz onun rəhbərliyi altında təmin oluna biləcəyinə inanırdı.
1993-cü ilin iyun ayında ölkədə yaranmış siyasi böhran kulminasiya nöqtəsinə çatdı. Gəncə hadisələri nəticəsində dövlət hakimiyyəti faktiki olaraq idarəetmə imkanlarını itirmişdi. Vətəndaş müharibəsi təhlükəsi yaranmışdı və ölkənin gələcəyi ciddi risk altında idi. Belə bir şəraitdə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya qayıtdı. Onun siyasi proseslərə qoşulması ölkədə sabitliyin bərpasına ümid yaratdı. 15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix sonralar Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı. 15 iyun Azərbaycan dövlətini müstəqilliyini itirməkdən, Azərbaycan xalqını isə parçalanmaqdan qorunduğu gündür.
Ümummilli Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyin qorunması istiqamətində mühüm dönüş yaratdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyi bərpa edildi və ölkədə sabitliyin təmin olunması istiqamətində ciddi addımlar atıldı. Məhz buna görə 15 İyun Azərbaycan xalqının qurtuluş günü kimi qiymətləndirilir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas məqsədi dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək idi. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində tədbirlər görüldü. Dövlət idarəçiliyi sisteminin fəaliyyəti bərpa edildi və qanunun aliliyi prinsiplərinin həyata keçirilməsinə başlanıldı. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişinin əldə olunması ölkənin gələcək inkişafı üçün əlverişli şərait yaratdı. Bu addım Azərbaycanın siyasi və iqtisadi sahələrdə inkişafını sürətləndirməyə imkan verdi. Eyni zamanda ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görüldü.Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesi sürətləndi, ölkənin beynəlxalq nüfuzu artmağa başladı. Xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət etdi.Milli Qurtuluşdan sonra həyata keçirilən mühüm tədbirlərdən biri ölkənin iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi oldu. Azərbaycanın zəngin enerji resurslarından səmərəli istifadə etmək məqsədilə yeni neft strategiyası hazırlanaraq həyata keçirildi.
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi tarixində mühüm hadisə hesab olunur. Bu müqavilə xarici investisiyaların ölkəyə cəlb edilməsinə, neft sektorunun inkişafına və iqtisadi artımın təmin olunmasına geniş imkanlar yaratdı.Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycanın regionda strateji mövqeyini daha da gücləndirdi. Bu layihələr ölkənin iqtisadi potensialının artmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdi.
Milli Qurtuluşdan sonra Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Bu sənəd müstəqil Azərbaycanın hüquqi və demokratik inkişafının əsasını təşkil etdi. Konstitusiyanın qəbulundan sonra insan hüquq və azadlıqlarının təmin olunması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və demokratik institutların formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirildi. Azərbaycanda çoxpartiyalı siyasi sistemin inkişafı, vətəndaş cəmiyyətinin formalaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlət quruculuğu prosesinin vacib tərkib hissəsinə çevrildi.Bu islahatlar ölkədə siyasi sabitliyin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafın davamlı xarakter almasına şərait yaratdı. Milli Qurtuluş Günü Azərbaycan Respublikasında dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri kimi qeyd olunur. Hər il 15 iyun tarixində xalqımız həmin dövrün hadisələrini xatırlayır və dövlət müstəqilliyinin qorunmasında göstərilən xidmətləri yüksək qiymətləndirir.
Milli Qurtuluş Günü Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı hesab edilir. Məhz bu tarixdən sonra ölkədə sabitlik bərpa olunmuş, iqtisadi inkişaf təmin edilmiş və beynəlxalq nüfuz artmışdır. Müasir Azərbaycan regional və beynəlxalq səviyyədə mühüm rol oynayan dövlətlərdən biri kimi tanınır. Ölkənin əldə etdiyi nailiyyətlərdə Milli Qurtuluş Günündən sonra formalaşmış siyasi və iqtisadi inkişaf strategiyasının mühüm rolu vardır. Ümummilli lider Heydər Əliyevin unikal liderlik keyfiyyətləri vardır. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Yaşasın Azərbaycan xalqı! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Bu gün Azərbaycan xalqının hər bir fərdi Sizinlə fəxr edir və millətimiz Prezidentimizə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardır! Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Bizim gücümüzün və qüdrətimizin əsası milli tariximizdir. Şəhidlərimiz bizim ilhamımız, istiqlalalımız , istiqbalımız , qürurumuz, kükrəyən idrakımız , gələcəyimizdir, müstəqilliyimizdir. Şəhidlərimiz hər zaman fəxrimizdir. Şəhidlərimiz bayraqdırlar, qəlbimizin zirvəsində dünya durduqca dalğalanacaqlar. Bu müqəddəs vətənin, bu mübarək xalqın təkcə insanları qazi deyil, çayları da qazi, dağları da qəhrəmandır. Canlarını, qanlarını verdilər, amma vətənlərini vermədilər. Qara torpağın qoynunda qızılgül bağçasına girmiş kimi girdilər. Üçrəngli dövlət bayrağımız uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət borcumuz təsvir olunmaz və hüdudsuzdur. Qarabağ savaşı, millətimizin vətənpərvərlik, fədakarlıq kimi yüksək keyfiyyətlərinin sərgiləndiyi bir qəhrəmanlıq dastanıdır. 44 günlük Vətən müharibəsi Azərbaycanın ən şanlı səhifələrindən biridir. Prezident İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan , milli tariximizin ən möhtəşəm səhifəsini yaşayır. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) , böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq altı il ötür. Bu münasibətlə istiqlaliyyətimiz, istiqbaliyyətimiz, gələcəyimiz uğrunda gül bağçasına girən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağda qanımızla tarix yazdıq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yazdıq. Bu gün yenə yazacağıq, yenə yazacağıq, yenə yazacağıq.
Bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Allah xalqımızın böyük oğlu, xilaskarı Heydər Əliyevə rəhmət etsin! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Qarabağ Azərbaycanın əzəli, əbədi və qədim torpağıdır!
Azərbaycan əbədi olaraq yaşayacaq , yaşadılacaqdır və yaşadacaqdır !
Vatan Şairi ve Millî Şair Mehmet Âkif Ersoy:
“Sen ki, rûhunla beraber gezer ecrâmı adın;
Sen ki, a’sâra gömülsen taşacaksın…Heyhât,
Sana gelmez bu ufuklar, seni almaz bu cihât…
Ey şehîd oğlu şehîd, isteme benden makber,
Sana âgûşunu açmış duruyor Peygamber.”
Merhum Şairlerimizden Orhan Şaik Gökyay, ‘Bu vatan kimin’ isimli şiirinde ağyarını mani efradını cami ifadelerle şöyle seslenmişti:
‘Bu vatan toprağın kara bağrında,
Sıradağlar gibi duranlarındır.
Bir tarih boyunca onun uğrunda,
Kendini tarihe verenlerindir’

s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı