Mingəçevir şəhər Gənclər Evində şəhid ailələri ilə “Vətən uğrunda gedən şəhidlər” devizi altında görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının himni ilə başladı. Sonra şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçısı Nərmin Əliyeva şəhid ailələrini salamlayıb. Sonra sözü Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımova verib. Nofəl müəllim şəhidlərimizə və şəhid ailələrinə göstərilən qayğıya görə təşkilatçıya və dövlət orqanlarına minnətdarlığını bildirib.Ölkə prezidenti cənab İlham Əliyevin itkin düşən şəhidlərimizin tapılıb ailələrinə verilməsində göstərdiyi səyləri görüş iştirakçılarına çatdırıb.Sonra Natiq Qasımov adına 4 saylı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirdə iştirak edən şair-publisist Məmməd Mərzili şəhid valideynlərini salamladı. Şəhidlərə həsr etdiyi əsərlərdən danışdı. Şəhidlərin qəhrəmanlıqlarından söz açdı. AYB-nin üzvü Əhməd Əfsun vətən müharibəsində özünün də iştirakından və yanında şəhid olan qəhrəman oğullarımızdan görüş iştirakçılarına məlumat verdi. Şəhidliyin türk törənini xatırlatdı. Bundan sonra N. Qasımov adına 4 saylı məktəbin şagirdi Məhəmməd Museybzadə bir şəhidin anasına yazdığı məktubu çox ifadəli oxudu.
Azərbaycan Qadınlar Cəmiyyətinin Mingəçevir bölməsinin sədri Adilə Cəlilova və digər çıxış edənlər xatirələrini hər zaman əziz tutduqlarını şəhid valideynlərinə çatdırdılar .

N.Qasımov adına 4 saylı məktəbin direktoru Zaur Müseyibov, 8 saylı məktəbin direktoru Aysel Xəlilova şəhidlərimizin haqqında keçirilən tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolundan danışdılar. Məktəblərində də şəhidlərə həsr olunmuş tədbirlərin keçirilməsini gələcək nəsilə bir örnək olmasını qeyd etdilər.

Din xadimi Cavid Ələmdar şəhidlərimizin ruhuna dualar oxudu. Şəhidlərimiz haqqında topladığı videolardan, görüntülərdən bəhs etdi. Şagird Həmzə Əliyevin şəhidlərə həsr olunmuş şeir söylədi. Sonda görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə prezidentinə və tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.




