Mingəçevirdə tanınmış pedaqoq vəfat edib

Mingəçevirdə tanınmış pedaqoq və yazıçı 81 yaşında dünyasını dəyişib.

Kanal32.az-ın məlumatına görə,əslən Kəlbəcər rayonunun Abdullauşağı kəndindən olan Əşrəf Bayram oğlu Əsgərov gənclik dönəmlərindən etibarən Mingəçevir şəhərinin təhsil və mədəniyyət sahələrində uğurlu karyera yolu keçib.Orta məktəbdə müəllim, direktor müavini,Ə.Quliyev adına 1 nömrəli Peşə məktəbində direktor(1980-2010) , San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Filologiya fakültəsində müəllim və Mingəçevir Turizm Kollecində şöbə müdiri, həmçinin sovetlər dönəmində Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində çalışıb.Bir neçə kitabın müəllifidir.Onun eyni adlı povesti əsasında hazırlanmış tamaşa Mingəçevir teatrında uğula nümayiş olunub.

1945-ci il təvəllüdlü tanınmış  pedaqoq və sevilən ziyalı uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

Ehtiram Muradov

Kanal32.az