Mingəçevir təhsilində nələr baş verir?-ANONS

592

Hazırda Azərbaycan təhsilinin bir çox ciddi problemlər içərisndə “batdığını”az qala hər kəs bilir.Ümumi problemlər fonunda Mingəçevir təhsili də bu problemərdən xali deyil.Bəlkə də ən ciddi problemlərin elə bir çoxu elə bu ziyalı şəhərindədir.Kadr təyinatlarından tutmuş bəzi direktorların “unikal” idarəetmə “metodları”na kimi…Özünü Mingəçevir təhsilin şəksiz sahibi hesab edən Sahib Məmmədovun və onun bir neçə yeni kadrlarının(direktorların) hansı hoqqalardan çıxıdığı barədə redaksiyamıza xeyli məlumatlar daxil olub.

Xalqımızın gələcəyini,genafondunu məhv edən təhsil problemlərinə nədənsə yerli icra hakimiyyətləri də göz yumur və ya onların əməllərinə şərik olur.

Mingəçevirin 1,3,7,17 və 20 nömrəli məktəblərində baş verən qanunsuzluqlar,özbaşınalıqlar haqqında redaksiyamıza daxil olan məlumatlar və şikayətlərlə bağlı araşdırmalar gedir.Bizi izlməkdə davam edin…Yaxın günlərdə xalqımızın gələcəyinə xəyanət edən,təhsilimizi bazar münasibətləri üzərində quran bəzi məktəb direktorlarının və onların “fəaliyyəti”nə sitimul verən Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədovun “iş prinsipləri” barəsində yazımızı oxuculara təqdim edəcəyik.

Redaksiyamıza göndərilən məktublardan birinin fotosunu sizlərə təqdim edirik:

kanal32.az