“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli diqqətçəkən açıqlama ilə çıxış edib.
Hüquqşünası bildirib ki, Eurasianet.org adlı beynəlxalq araşdırma saytında erməni müəllif Ani Mejlunyan məqaləsində etiraf yazıb ki, Qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri” Arayik Arutunyanın sözlərinə görə, Ermənistan hökümətinin ayırdığı maliyyə dəstəyi ilə Livan erməniləri hal-hazrıda işğal olunmuş Dağlıq Qarabağ bögəsinə köçürülür.
Bu fakti Livandakı erməni diasporunun rəhbəri Zareh Siranyan da təsdiqləyir. Ermənistan höküməti bu məqsəd üçün əvvəl 50000 dollar, sonra isə 35000 dollar pul ayırıb. Məqalədə həmçinin Azərbaycanın ermənilərin Qarabağa Livandan köçürülməsinə etiraz etdiyi də bildirilir.
Ramil İskəndərli hesab edir ki, bu cür faktlar, Azərbaycanın bir daha, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən ona verilmiş özünümüdafiə hüququndan istifadə etmə zərurətini aktual edir.