YAP Mingəçevir şəhər təşkilatında bu ilin son tədbiri keçirilib-FOTOLAR

YAP Mingəçevir şəhər təşkilatının akt zalında  Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə “Konstitusiya və suverenlik ili” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Heydər Əliyev – Azərbaycanda Həmrəylik gününü yaradan tarixi şəxsiyyətdir” adlı tədbir keçirilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov,  YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,şəhərin  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları, ərazi partiya təşkilat sədrləri və ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Heydər Əliyev – Azərbaycanda Həmrəylik gününü yaradan tarixi şəxsiyyətdir”  mövzusunda film nümayiş etdirilib.

Tədbirdə İlham İsmayılov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımıza cansağlığı, rifah, dövlətimizə sülh və tərəqqi arzulayıb. O, bütün dünya azərbaycanlılarının eyni amal, eyni məqsəd və vətən sevgisi ətrafında birləşdirən bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb. İ.İsmayılov bildirib ki, bu həmrəylik bizim ən böyük gücümüz və gələcək uğurlarımızın əsas təminatıdır.

Bayram tədbirində YAP Mingəçevir şəhər  təşkilatının sədri Bəxtiyar Mustafayev  çıxış edərək ən xoş arzularını, təbriklərini çatdırıb. Qeyd edib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın ümummilli ideyalar ətrafında sıx birləşməsinin, milli iradənin və vətənpərvərliyin təntənəsidir. O, bugün eyni zamanda məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli həmrəylik strategiyasının prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini və Azərbaycanın bu siyasət nəticəsində qalib, güclü və nüfuzlu dövlətə çevrilməsini böyük qürur hissi ilə qeyd etdiyimizi vurğulayıb.

Tədbirdə partiya veteranı Mirzə Cavadov, İnteqrasiya təlimli İnternat tipli Gimnaziya direktoru Pərvanə Tahirova, 11 saylı tam orta məktəbin direktoru Yasin Cavadov və Mingəçevir Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov müxtəlif    mövzularda  çıxış etdilər.

Sonda İ.İsmayılov bir daha tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edərək işlərində uğurlar arzu etdi.