Dosent Murtəza Həsənov yazır-Xilaskar, güclü və qətiyyətli lider

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Tarix Yazan və Yaradan Lider, Azad Qarabağın Memarı Cənab İlham Əliyev Azərbaycanı daha uğurlu gələcəyə aparan güclü liderdir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə dövrlər və elə şəxsiyyətlər olur ki, onlar millətin taleyini kökündən dəyişir, məğlubiyyət acısını qələbə sevincinə, ümidsizliyi isə parlaq gələcəyə çevirirlər. Bu gün Azərbaycan xalqı məhz belə bir tarixi şəxsiyyətin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününü böyük ruh yüksəkliyi və sonsuz qürur hissi ilə qeyd edir. Bu tarix təkcə bir təqvim günü deyil, həm də müasir Azərbaycanın son 22 ildən artıq dövrdə keçdiyi möhtəşəm inkişaf yolunun, qazanılan tarixi qələbələrin və milli birliyin simvolik bayramıdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi Azərbaycanın milli qüdrətinin bərpası, xalqın özünəinamının qayıtması və dövlətimizin dünya birliyində şəriksiz söz sahibinə çevrilməsi deməkdir. Azərbaycan öz şanlı tarixinin şərəfli bir dövrünü yaşamaqdadır. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Azərbaycan xalqı üçün 24 dekabr adi bir tarix deyil. Bu, müstəqil Azərbaycanı uğurlu gələcəyə aparan, millətinə sədaqətlə xidmət edən Tarix yazan, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin doğum günüdür. Həyatı boyunca Müzəffər Ali Baş Komandan, yalnız dövlət rəhbəri deyil, həm də xalqının arxalandığı bir lider, millətin gələcəyini işıqlandıran şəxsiyyət olmuşdur. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tarixi taleyində yeni səhifələr yazılmış, bu səhifələr xalqın iradəsi ilə birgə zənginləşdirilmişdir. Cənab Prezident İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir və Azərbaycanı tərəqqi və yeniləşmə yolu ilə gələcəyə aparan liderdir. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev tükənməz enerjisi və dərin geniş dünyagörüşü, qəbul etdiyi tarixi missiyanın dərin məsuliyyəti ilə öz imkanlarını Azərbaycanın müasir tarixində yeni dövrün əsasını qoymuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi portretini tamamlayan ən mühüm cəhət onun Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbinin layiqli davamçısı olmasıdır. 2003-cü ildə xalqın böyük etimadını qazanaraq fəaliyyətə başladığı ilk gündən o, Azərbaycanın gələcəyini elmi əsaslara söykənən, uzaqgörən bir strategiya ilə planlaşdırdı.

31 oktyabr 2003-cü ildə andiçmə mərasimində səsləndirdiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” kəlamı sadəcə bir vəd deyil, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirən milli birlik modelinə çevrildi. Həmin vaxtdan etibarən həyata keçirilən hər bir dövlət proqramı, hər bir islahat məhz vətəndaş məmnuniyyətinə və milli maraqların qorunmasına xidmət etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətinin ilk onilliyi ölkənin daxili sabitliyinin möhkəmləndirilməsi və iqtisadi sıçrayışın təmin edilməsi ilə xarakterizə olunur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları sayəsində Azərbaycanın ən ucqar kəndləri belə müasir infrastruktura qovuşdu. Bu dövrdə yoxsulluq və işsizlik səviyyəsinin kəskin şəkildə aşağı salınması dövlət başçısının sosialyönümlü siyasətinin ən böyük uğurlarından biri kimi tarixə düşdü.

Əzmkarlığın Uşaqlıqdan Başlayan Hekayəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat hekayəsi əzmkarlığın və uğura aparan yolun ən gözəl nümunəsidir. O, sadəcə siyasi liderin oğlu kimi deyil, öz istedadı, zəhməti və qətiyyəti ilə seçilən bir şəxs kimi tanınıb. 24 dekabr 1961-ci ildə Bakının mədəniyyət və ziyalılıq ab-havasında doğulan İlham Əliyevin uşaqlığı milli dəyərlərlə zəngin bir mühitdə keçdi. Valideynlərinin, xüsusən də atası ulu öndər Heydər Əliyevin intizamlı və prinsipial yanaşması onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqlıqdan özünəməxsus bir maraq və düşüncə tərzi ilə fərqlənirdi. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev, hər bir işi dəqiqliklə yerinə yetirmək, öyrəndiklərini dərindən qavramaq istəyi ilə seçilirdi. İlk müəllimləri onun təkcə təhsildə deyil, həm də liderlik bacarıqlarında digər yaşıdlarından fərqli olduğunu vurğulayırdılar. Məktəb illərində o, yalnız yüksək qiymətlərlə deyil, həm də təşkilatçılıq qabiliyyəti və məsuliyyət hissi ilə yadda qalırdı. İdman, ədəbiyyat, tarix və texnika sahələrində geniş maraqları onun dünyagörüşünü zənginləşdirirdi.

1977-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünü beynəlxalq münasibətlər sahəsində görmək qərarına gəldi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu o dövrün ən prestijli təhsil ocaqlarından biri idi və oraya qəbul olmaq intellektual hazırlıq və əzmkarlıq tələb edirdi. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev bu imtahanlardan uğurla keçdi və instituta daxil oldu. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alarkən o, müxtəlif dilləri öyrənməklə yanaşı, beynəlxalq siyasət, iqtisadiyyat və diplomatiya sahələrində nəzəri və praktiki biliklər qazandı. Onun dərs prosesinə yanaşması professorlar tərəfindən yüksək qiymətləndirilirdi. “Mübahisə etməyi, dərin düşünməyi və alternativ həll yolları axtarmağı sevirdi” – müəllimləri onun haqqında belə deyirdilər.

Həyatının gənclik dövrü yalnız təhsillə məhdudlaşmırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tələbə yoldaşları arasında həmkarlıq və birlik ruhu yaratmaq qabiliyyəti ilə fərqlənirdi. Hətta institutda təşkil olunan müxtəlif tədbirlərdə onun lider kimi çıxış etməsi, daha sonra böyük siyasi uğurlarına gedən yolun başlanğıcı kimi qiymətləndirilir.

1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elmi fəaliyyətə maraq göstərdi. O, aspiranturada qalıb elmi iş üzərində çalışaraq beynəlxalq siyasət sahəsində dərin tədqiqatlar apardı. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almaqla o, diplomatik və akademik sahədə də yüksək bacarıqlarını sübut etdi.

1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti və 1997-ci ildən birinci vitse-prezidenti, 2003-cü ildə Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaqlıq və gənclik illəri yalnız bilik toplamaq deyil, həm də həyatı dərinliklə qavramaq və məsuliyyətli qərarlar qəbul etməyi öyrənmək mərhələsi idi. Onun həmin dövrdə göstərdiyi iradə və zəhmət sonradan lider kimi atacağı addımların möhkəm təməlini qoydu. Bu əzm və qərarlılıq onun hər addımında – istər diplomatiyada, istər iqtisadiyyatda, istərsə də siyasətdə – özünü göstərdi və xalqına bağlı lider kimi onu fərqləndirdi.

2003-cü İldə Başlayan Missiya

Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində haqlı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək etimadını ifadə etmiş və bəyan etmişdir ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə Möhtərəm Prezident İlham Əliyev başa çatdıra biləcək”. Azərbaycan xalqı isə heç bir tərəddüd etmədən və əmin bir şəkildə Ümummilli Liderin bu müraciətinə dəstək vermişdir. Möhtərəm Prezident İlham Əliyev 15 oktyabr 2003-cü il Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Möhtərəm Prezident İlham Əliyev ali kürsüdə vəzifəsinin icrasına başlayarkən qeyd etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” deyən möhtərəm Prezident İlham Əliyev hər zaman ulu öndər Heydər Əliyev yoluna, ümummilli Lider Heydər Əliyev siyasətinə sadiq olmuş, bu siyasəti uğurla davam etdirərək, Azərbaycana bu gün bir çoxunun qibtə etdiyi nəhəng uğurları qazandırmışdır və 2003-cü ildən bu günə qədər Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsidir.

Noyabrın 12-də and içmə mərasimindəki çıxışı zamanı xalqına verdiyi ilk vəd ölkədə sabitliyi qorumaq və rifahı artırmaq oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyinin ilk illərində əsas məqsəd iqtisadiyyatın dayanıqlığını təmin etmək, neft gəlirlərini səmərəli şəkildə istifadə etmək və regionların inkişafını sürətləndirmək idi. Prezident çıxışlarında hər zaman vurğulayırdı: “Bizim bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. İlk andan o, xalqla birgə olmaq prinsipini rəhbər tutdu. 2004-cü ilin fevral ayında prezidentimizin rəhbərliyi ilə “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” qəbul edildi. Bu dövlət proqramı ilə o, Azərbaycanın hər bir vətəndaşına toxunan layihələrə start verdi. Bütün ölkə boyu infrastruktur yeniləndi, xüsusilə qazlaşdırma, yol tikintisi və su təchizatı sahəsindəki böyük layihələr Azərbaycanın kənd və rayonlarının inkişafında mühüm rol oynadı, kəndlərə işıq, qaz, su gəldi. “Xalqımın rifahı mənim əsas məqsədimdir” deyən Prezident bu sözləri yalnız bəyanat olaraq saxlamadı, onu real işlərə çevirdi.

2003-cü ildən etibarənAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün mühüm addımlar atdı. Onun Avropa Şurası, BMT və İslam Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi işlər Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu ölkə kimi tanınmasına səbəb oldu. 2005-ci ildə Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığı daha da dərinləşdirildi. Beynəlxalq arenada enerji siyasətindən tutmuş humanitar sahələrə qədər Azərbaycanın milli maraqları fəal şəkildə müdafiə edildi .

İlk dövrdə diqqət çəkən daha bir addım, neft gəlirlərindən qeyri-neft sektorunun inkişafına yönəldilmiş investisiyalardır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu gücləndirsə də, İlham Əliyevin strategiyası təkcə neftdən asılılığı aradan qaldırmağa yönəldi. Aqrar sektorun, turizmin və informasiya texnologiyalarının inkişafı bu strategiyanın bir hissəsi idi.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təsdiq etdi.

Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkanlar yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Ali Baş Komandan cənab İlham Əliyev: “Əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər” Əminliklə demək olar ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də Dövlət başçımızın onlara olan inam ve etimadını doğruldacak ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir”.

Qarabağ Zəfəri: Ədalətin Təntənəsi

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi müdafiə siyasəti müasir ordu quruculuğu ilə nəticələndi. Ordu müasir texnika ilə təchiz edildi, zabit heyətinin peşəkarlığı artırıldı və Azərbaycanın hərbi potensialı gücləndirildi. Xüsusilə 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə güclü zərbə vuraraq, gələcək qələbələrin müjdəsini verdi. Lakin bu, hələ tam qələbə deyildi. 2020-ci ildə baş verən müharibə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış hərbi strategiyanın kulminasiya nöqtəsi idi .

2020-ci il Azərbaycanın tarixi üçün təkcə bir il deyil, həm də millətin əzmini, liderinin qətiyyətini və ədalətə olan inancını sübut edən bir dövr kimi yadda qaldı. 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi, yalnız hərbi güc deyil, həm də milli iradənin təntənəsi idi. Bu zəfər, 30 ilə yaxın davam edən işğala son qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini də dünyaya göstərdi. Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan tarixi ədaləti bərpa etdi və öz ərazi bütövlüyünü təmin etdi.

27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlayan hərbi əməliyyatlar “Dəmir Yumruq” adını aldı. Prezident İlham Əliyev bu müharibəyə yalnız hərbi deyil, həm də diplomatik və informasiya müharibəsi cəbhəsində rəhbərlik edirdi. Onun hər çıxışı, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesaj idi. Xalqını ruhlandıran İlham Əliyev, eyni zamanda, dünya liderlərinə Azərbaycanın haqq işini izah edirdi: “Biz öz torpağımızda vuruşuruq, vətənimizi müdafiə edirik”.

Müharibədən sonra dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini qəbul etdi. Türkiyə, Pakistan və bir sıra digər dövlətlər Azərbaycanın ədalətli mübarizəsini dəstəklədi. Prezident İlham Əliyev müharibə dövründə həm də informasiya cəbhəsində üstünlük qazandı. Xüsusilə CNN, BBC, Al Jazeera kimi beynəlxalq media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini dünyaya ətraflı şəkildə izah etdi. Onun diplomatik bacarığı və mətanəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı .

Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərhal işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. “Biz Qarabağı yenidən quracağıq və buranı cənnətə çevirəcəyik” deyən Prezident, qısa müddətdə böyük layihələrə start verdi. Ağdam, Füzuli, Zəngilan və Şuşada infrastruktur yenilənməyə başladı, ilk layihələrdən biri isə “Böyük Qayıdış” proqramı oldu. Qarabağın bərpası üçün beynəlxalq şirkətlərin cəlb edilməsi bu bölgənin sürətli dirçəlişi üçün yeni üfüqlər açdı.

Xalqın Lideri

Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev yalnız bir dövlət başçısı deyil, həm də xalqın etibarını və sevgisini qazanmış bir liderdir. Onun siyasətində əsas prinsiplərdən biri hər bir vətəndaşın həyatına toxunmaq, xalqın problemlərinə həssas yanaşmaq və qərarlarında ictimai maraqları əsas tutmaqdır. O, təkcə ölkəni idarə edən rəhbər deyil, xalqın yanında olan, onların qayğılarını dinləyən və problemlərinə birbaşa həll yolları axtaran bir liderdir. Bu xüsusiyyətlər onun prezidentlik illərində xüsusilə qabarıq şəkildə nəzərə çarpır.

Prezidentlik fəaliyyətinə başladığı ilk günlərdən Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev “xalqın xidmətçisi olmaq” prinsipini ön plana çıxardı. Müzəffər Ali Baş Komandan, Cənab Prezidentin regionlara tez-tez səfərlər etməsi, müxtəlif sosial layihələr çərçivəsində vətəndaşlarla birbaşa görüşlər keçirməsi xalqla lider arasında körpü yaratdı. Bu səfərlər yalnız rəsmi səviyyədə deyil, həm də xalqla səmimi ünsiyyət baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə 2019-cu ildə sosial islahatların genişləndirilməsi məqsədilə həyata keçirilən görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif bölgələrdə sıravi vətəndaşlarla bir araya gələrək onların problemlərini yerindəcə dinləmişdir.

Şəhid Ailələri və Qazilərlə Xüsusi Münasibət:

Rəşadətli Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq 30 illik işğala son qoydu, ərazi bütövlüyünü təmin etdi.

Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə və qazilərə göstərilən diqqəti daha da artırdı. O, hər zaman vurğulamışdır ki, şəhidlərin ailələri dövlətin qayğısı altındadır və onların ehtiyacları prioritet məsələdir. 2021-ci ildə “Şəhid ailələrinə dəstək fondu” yaradıldı və bu fondun fəaliyyəti şəhid ailələrinə mənzil və sosial təminat baxımından kömək göstərməyə başladı. Təkcə 2021-ci ildə 1000-dən çox şəhid ailəsinə yeni mənzillər təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə  “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalamışdır. Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz cənab Prezident İlham Əliyev siyasətinin təntənəsidir.  Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişafını davam etdirir. Cənab  Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev    – Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Liderdir.

Bu illər ərzində Azərbaycan iqtisadiyyatını üç dəfədən çox böyütməyi bacaran dövlət başçısı, neft kapitalını insan kapitalına çevirərək ölkəmizi regional enerji mərkəzindən qlobal oyunçuya çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və nəhayət, əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi İlham Əliyevin polad iradəsi və diplomatik məharəti sayəsində reallığa çevrildi. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birini təşkil edir.

Lakin Prezidentin uzaqgörənliyi təkcə enerji sektoru ilə məhdudlaşmadı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası ilə Azərbaycan Şərqlə Qərbi birləşdirən “Orta Dəhliz”in strateji qovşağına çevrildi. İqtisadi müstəqillik isə hərbi qüdrətin artırılması üçün sarsılmaz təməl yaratdı. Azərbaycan heç bir kənar yardımdan asılı olmayaraq öz ordusunu dünyanın ən müasir silahları ilə təchiz etmək imkanı qazandı.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi dövrünün ən uca zirvəsi, heç şübhəsiz, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpasıdır. Prezident hər zaman qeyd edirdi ki, Azərbaycan xalqı heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. O, bu hədəfə doğru addım-addım irəlilədi: güclü ordu qurdu, müdafiə sənayesini inkişaf etdirdi və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini müdafiə edən diplomatik səngər formalaşdırdı.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi bu böyük hazırlığın məntiqi nəticəsi idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu dünyanı heyrətə salan XXI əsr hərb strategiyasını tətbiq edərək, cəmi 44 gün ərzində düşməni diz çökdürdü. Şuşanın azad edilməsi ilə tamamlanan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Lakin İlham Əliyevin qətiyyəti bununla bitmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə separatizmin kökü tamamilə kəsildi. 15 oktyabr 2023-cü ildə Prezidentin Xankəndi şəhərində dövlət bayrağımızı ucaltması tarixi ədalətin tam və qəti qələbəsi oldu.

Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində viran qalmış yurdlarımız yenidən dirçəlir. Füzulidə, Zəngilanda, Laçında ucaldılan beynəlxalq hava limanları, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları, Qarabağın “Yaşıl Enerji” zonasına çevrilməsi dövlətimizin iqtisadi gücünün və modernləşmə xəttinin bariz nümunəsidir.Bu torpaqlarda aparılan bərpa işləri təkcə infrastrukturun yenilənməsi deyil, həm də milli ruhun oyanışıdır.

Prezidentin uzaqgörənliyi nəticəsində Azərbaycan həm də qlobal problemlərin müzakirə olunduğu mərkəzə çevrilib. Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz, BMT-dən sonra ən böyük beynəlxalq tədbir olan COP29-un Bakıda keçirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünya miqyasında qəbul edilən liderliyinin təsdiqidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir Azərbaycan tarixinin memarı, xalqının arxalandığı lider və gələcək nəsillər üçün dəyərli irs qoyan dövlət xadimi kimi əlamətdar rol oynayır. Onun 2003-cü ildə başladığı liderlik yolu yalnız ölkənin sabitliyini təmin etməklə kifayətlənmədi, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş və güclü dövlət kimi tanınmasına səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün həm regionda, həm də dünyada söz sahibi olan bir ölkədir. Onun müdrik siyasəti, qətiyyətli qərarları və xalqına bağlılığı onu əsl lider edir. Bu yol tarixdə unudulmaz izlər qoyacaq, gələcək nəsillərə isə qürurla danışılacaq hekayələr bəxş edəcək. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Yaşasın Azərbaycan xalqı! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Bu gün Azərbaycan xalqının hər bir fərdi Sizinlə fəxr edir və millətimiz Prezidentimizə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardır!  Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Şanlı tariximizə Zəfər səhifəsini yazan Zəfər Ordumuza eşq olsun!

Yaşasın Yenilməz Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev!

O, təkcə öz xalqının deyil, həm də bütün Türk dünyasının birliyi və həmrəyliyi üçün çalışan liderdir. Türk Dövlətləri Təşkilatının güclənməsinə verilən töhfələr, Azərbaycanın türk coğrafiyasında oynadığı strateji rol İlham Əliyevi türk dünyasının ən nüfuzlu rəhbərlərindən birinə çevirmişdir. Müzəffər Ali Baş Komandan  “Bizim ailəmiz Türk dünyasıdır” deməklə Azərbaycanın gələcək xarici siyasət prioritetlərini aydın şəkildə müəyyən etmişdir. Müzəffər Ali Baş Komandan, Siz Azərbaycanın yeni tarixini yazdınız.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyəti və fəaliyyəti müasir dövlətçilik elmində “güclü lider-güclü dövlət” formulasının ən parlaq nümunəsidir. Onun hər bir çıxışı, hər bir qərarı milli maraqlara söykənir, xalqın rifahına və dövlətin suverenliyinə xidmət edir. Xalqımız öz liderinə inanır, ona güvənir və onun ətrafında sıx birləşib. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirən, xalqın arzularını reallığa çevirən Liderdir.

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və müstəqil Azərbaycanın daha da çiçəklənməsi yolunda yeni-yeni zəfərlər arzulayıram!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox zirvələr fəth edəcək, çünki bu yol – haqq yolu, bu lider – qalib xalqın qalib rəhbəridir.

 

s.e.f.d., dos. Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Siyasi idarəetmə fakültəsinin dekanı