Kəlbəcərli gənc şair, əsərlərində Türk dünyasının təbliğinə xüsusi yer verən Samir Mustafa Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırıma 70 illik yubileyi münasibətilə təbrik ünvanlayıb.
KANAL32.az həmin təbriki olduğu kimi təqdim edir:
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının Sabiq baş naziri, Türkiyə Respublikasının Sabiq nəqliyyat naziri, Türkiyə Respublikasının Sabiq TBMM sədri cənab Binəli Yıldırım hocanı 70 illik yubileyi münasibətilə təbrik edirəm.
Türk Dövlətlərinin birliyi, bərabərliyi, inkişafı yolundakı tarixi xidmətlərində hörmətli Binəli bəyə uğurlar arzulayır, sağlıqlı və uzun ömür diləyirəm.
Gəlişiylə qorxu saldı,
Zalımların röyasına.
“Erzincan”da doğan günəş,
Nur saçdı Türk dünyasına.
Başqan ilə düşündülər,
Bu günləri, həm yarını.
Nəqliyyatla birləşdirdi,
Turanın qan damarını.
Qaşqaydan, Uyğur, Kərkükə,
Ağsaqqalı, babasıdır.
Bu birliyin bütövlüyü,
Hər dərdinin dəvasıdı.
İki qardaş səs saldılar,
“Şamil Ayrım”la cahana
. Qarabağ torpağı çəkdi,
Zəngilanda imtahana.
Türk- müsəlman aləminin,
Onlar oldu cüt qanadı.
Qalacaq şanlı tarixdə,
“Binəli Yıldırım” adı.
Hörmətlə,
Kəlbəcərli gənc şair Samir Mustafa
