Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən – Afrin, Ras əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olub.
KANAL32.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti SDQ-nin (Suriya Demokratik Qüvvələri) nəzarətində olan Deyr əz-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.
Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.